Xəbər lenti

 

 
Türkiyənin müxtəlif vilayətlərində meşə yanğınlarının məsuliyyətini PKK-ya bağlı “Atəşin Uşaqları insiativi” (“Children of Fire”) qrupu öz üzərinə götürüb.
 
Ovqat.com xəbər verir ki, məlumatı PKK-nın media qurumu “Rojava Network” yayıb.


 
Rojava Network”un Twetter səhifəsində yayılan məlumatda bildirilir: ““Atəşin Uşaqları İnsiativi Türkiyənin turistik bölgələrində çıxan yanğının məsuliyyətini öz üzərinə götürür: “Türk rejimi başqa dildə anlamadığı üçün onları atəşlə diz çökdürmənin zamanı gəldi””.
 
Terrorçuların media qurumu daha sonra yaydığı məlumatda özlərinin “Atəşin Uşaqları İnsiativi” qrupu ilə heç bir əlaqələrinin olmadığını vurğulayan bəyanat yaymağı da yaddan çıxarmayıb: “#Vacib: Biz, Rojava Network Komandası olaraq Türkiyədəki "Atəş Uşaqları Təşəbbüsü"nin hərəkətlərindən və yandırma hücumlarından heç bir məsuliyyət daşımırıq. 2015 -ci ildən bəri bütün formatlarda Kürdüstan, İraq, Suriya və Türkiyədə baş verən hadisələr haqqında gündəlik xəbər verən bir xəbər orqanıyıq”. 


 
Qeyd edək ki, “Atəşin Uşaqları İnsiativi” artıq neçə ildir Türkiyəyə iqtisadi zərbə vurmaq üçün yandırma terroru ilə məşğuldur. Bu ilin ilk rübündə müxtəlif yerlərdə Türk iş adamlarının əmlaklarını, xüsusilə yaxtalarını oda verən qrup xüsusilə 2019-cu ildə bir çox terror hərəkətləri ilə yadda qalmışdı. Terror təşkilatının 11 iyul-24 avqust 2019-cu ildə törətdiyi və məsuliyyətini öz üzərinə götürdüyü yanğınların siyahısı:






Ana səhifəyə qayıt        Baxış: 6 998          Tarix: 2-08-2021, 06:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma