Xəbər lenti

Baş nazir əvəzi Nikol Paşinyan Ermənistanın Baş naziri təyin olunub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sərkisyan Fərman imzalayıb.

Qeyd edək ki, Paşinyanın Baş nazir vəzifəsinə namizədliyi parlament çoxluğu - “Vətəndaş müqaviləsi” fraksiyası tərəfindən irəli sürülüb.

Ermənistan Konstitusiyasına əsasən, ölkə Prezidenti yeni seçilmiş Milli Məclis səlahiyyətlərinin icrasına başlayandan sonra parlament çoxluğu tərəfindən namizədliyi irəli sürülmüş şəxsi Baş nazir vəzifəsinə təsdiqləyir.

Yeni seçilmiş Ermənistan parlamentinin bu gün ilk iclası keçirilir.



Ana səhifəyə qayıt        Baxış: 3 203          Tarix: 2-08-2021, 13:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma