Xəbər lenti

 
Türkiyədə meşə yanğınları 10-cu günündə. 
 
“Ovqat”ın məlumatına görə, ölkənin Meşə və Kənd Təsərrüfatı naziri Bəkir Pakdəmirli son açıqlamasında bu günə qədər 47 rayonda 209 yanğının nəzarət altına alındığını bildirib. 
 
Nazir qeyd edib ki, 5 rayonda 13 yanğın hələ də davam edir. 


 
Türkiyə xalqı ellikcə səfərbər olub təbiətin şıltaqlığına qarşı dirənməyə çalışır, amma hələ də buna nail ola bilməyib. Yanğın xəbərləri təkcə Türkiyədən deyil, dünyanın bir çox ölkələrindən gəlir. Fəqət ən ağır vəziyyət qardaş ölkədədir.
 
 




Ana səhifəyə qayıt        Baxış: 4 781          Tarix: 7-08-2021, 06:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma