Xəbər lenti

 
Post-sovet ölkələrində rusdilli vətəndaşlarına təzyiq edənlərin Rusiyaya daxil olmasına qadağa qoya bilər.
 
Ovqat.com xəbər verir ki, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Qırğızıstanda bir satıcı ilə alıcı arasında rus dili üstündə çıxan qalmaqalı şəhr edərkən belə bildirib.
 
Spikerin sözlərinə görə, Duma üzvləri bu hücumların önünü kəsmək üçün təkliflər paketi hazırlayıb parlamentə təqdim ediblər.
 
"Millət vəkilləri rusdilli sakinlərə qarşı bu cür hərəkətlərə icazə verənlərin Rusiyaya girişinə qadağa daxil olmaqla, cavab tədbirləri hazırlamağı təklif edirlər", - Volodin deyib.
 
Spikerin sözlərinə görə, millət vəkilləri bu vəziyyəti şəxsi nəzarətə götürmək xahişi ilə Qırğızıstan parlamentinin sədrinə müraciət hazırlayıblar.
 
Rus parlamentarilərini bu qədər qəzəbləndirən isə Qırğızıstanda baş verən adi bir hadisə olub. Məlumata görə, Bişkekdə bir kişi uşaq mərkəzinin işçisinə rus dilində danışdığına görə iradını bildirib. Daha sonra onlar arasında mübahisə düşüb və müştəri satıcıya əl qaldırıb.
 
Adi bir məişət hadisəsinə görə, tədbirlər paketi hazırlayan Rusiya parlamentarilərinin bu reaksiyası sovet hökuməti dövründə xeyli məşhur olan bir qaravəllini yada salır:
 
"Tamara, Tamara, tat qızı,
Erməni soldat qızı...
Tamaraya söz deməyin,
Gedib deyər ərinə.
Əri minər maşına,
Çıxar dağın başına”...



Ana səhifəyə qayıt        Baxış: 6 108          Tarix: 9-08-2021, 15:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma