Xəbər lenti

“Ermənistan hakimiyyəti 44 günlük müharibənin əsl günahkarlarını gizlətmək üçün daha bir addım atıb”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu "Şərəfim var" blokunun fraksiya rəhbəri Artur Vanetsyan avqustun 9-da jurnalistlərə verdiyi müsahibədə bildirib. 

“Əgər araşdırma komissiyası qurulmasını səlahiyyətlilər təklif edirsə, bu, 44 günlük müharibənin əsl günahkarlarını gizlətmək üçün atılan başqa bir addımdır”. 

Artur Vanetsyanın sözlərinə görə, ona qarşı irəli sürülən ittihamlar, xüsusən də Ermənistanın baş naziri Nikol Paşinyanın həyatına sui-qəsd cəhdi ilə heç bir əlaqəsi yoxdur. “İki cinayət işində təqsirləndirilən şəxs statusum var. Artıq 7-8 ay keçib, amma məni heç vaxt istintaq hərəkətlərinə dəvət etməyiblər. Cinayət işindəki müttəhimlərdən yalnız Aşot Minasyanı tanıyırdım və Vaqram Baqdasaryanla yalnız həbsdən çıxdıqdan sonra görüşmüşəm. Ona görə də, bütün ittihamlar absurddur.

Bu müsahibədən sonra da istintaq orqanlarına çağırılacağımı istisna etmirəm. Prokurorluq mənə dair yayılan videonun montaj edildiyini etiraf etdi.

Mən Milli Təhlükəsizlik Xidmətinin direktoru olanda heç bir işlə bağlı heç bir şey redaktə edilmirdi ”, - deyə fraksiya rəhbəri əlavə edib.

Xatırladaq ki, Artur Vanetsyan, eləcə də Ermənistan Respublika Partiyasının üzvü Vaqram Baqdasaryan və “Sisiyan” dəstəsinin komandiri Aşot Minasyan hakimiyyətin qəsb edilməsi, qanunsuz silah və sursat saxlama, ictimai-siyasi xadimə sui-qəsd hazırlamaqda ittiham olunub.


Ana səhifəyə qayıt        Baxış: 3 297          Tarix: 9-08-2021, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma