Xəbər lenti

 
“Avqustun 17 -də saat 18: 40-dan 22: 30-dək Azərbaycan hərbçiləri Ermənistanın Geqarkunik rayonunun Kut kəndinə atəş açdılar, güllələr bəzi yaşayış binalarının damlarına dəydi. Hazırda Kutada vəziyyət sakitdir.

/ Kut kəndinin başçısı Sima Çitçyan /”.
 
Ovqat.com xəbər verir ki, Telegram şəbəkəsinin erməni seqmenti bu “məlumatı” yayıb.


 
Göründüyü kimi, “məlumat” saat 14.36 ictimailəşdirilib. Yəni “baş verəcək” hadisədən düz 4 saat əvvəl. Başqa sözlə, erməni informasiya kanalları məlumat əvəzinə “öncəgörmələrini” yayırlar. 
 
Bu fakt ermənilərinin şüurlu şəkildə dezinformasiya istehsalı ilə məşğul olduqlarını təsdiqləyir. Və bir daha sübut edir ki, “məlumatlar” “hadisə”dən əvvəl yazılaraq informasiya kanallarına göndərilir. Onlardan biri isə materialın tarixinə baxmadan, lazım olduğundan daha erkən xəbəri yayımlayıb.


Ana səhifəyə qayıt        Baxış: 6 581          Tarix: 17-08-2021, 15:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma