Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
“Taliban” Əfqanıstanda qələbəsini elan etdikdən sonra paytaxt Kabildən çox da uzaq olmayan Pəncşir vilayətindən bütün hesabları alt-üst edə biləcək xəbər gəlib.
Ovqat.com-un məlumatına görə, vilayətdə “Şimal Alyansı” adlanan silahlı qrup “Taliban”la ağır döyüşlərə girib.
Döyüşlər nəticəsində “Taliban”ın yüzlərlə əsgəri öldürülüb.
Könüllülərdən və Əfqanıstan ordusunun qalıqlarından formalaşan “Şimal Alyansı” qüvvələrinin Pəncşirin vilayət mərkəzini ələ keçirdiyi xəbər verilir.
Məlumatlara görə, “Şimal Alyansı”nın cəmi 7 min döyüşçüsü var. Buna baxmayaraq, “Taliban” üzərində ilkin qələbənin bir çox əfqanları həvəsləndirərək müqavimət hərəkatına qoşulmasına və saylarının tezliklə 10 minlərə çatmasına yol aça biləcəyi güman olunur.
Qeyd edək ki, Şimal Alyansı “Taliban”ın ilk hakimiyyəti dövründə də uğurlu müqaviməti ilə yadda qalmışdı. Alyans 1996-2001-ci illər arasında “Taliban” rejiminə qarşı mübarizə aparan keçmiş ölkə prezidenti Burhanəddin Rəbbani və sabiq müdafiə naziri Əhməd Şah Məsud ətrafında toplanmışdı. Döyüşçülərinin əksəriyyəti taciklərdən ibarət olan bir alyansa özbəklər və həzarələr də dəstək verirdilər.
Əfqanistan əhalisinin 27%-ni təşkil edən taciklər peştunlardan (42%) sonra ölkənin ikinci böyük etnik qrupu sayılırlar. Şimal Alyansına dəstək verən özbəklər və həzarələr isə hər biri 9%-lik nisbətlə 3-cü və 4-cü yeri bölüşürlər. Əfqanıstanın daxili dinamikləri arasında etnik mənsubiyyətin xüsusi rol oynadığını və “Taliban”ın böyük əksəriyyətinin peştunlardan təşəkkül tapdığını nəzərə alsaq, Pencşirdə başlayan müqavimətin digər vilayətlərə də sıçraya biləcəyi istisna edilmir.
Şimal Alyansı 1996-2001-ci illərdə “Taliban”a qarşı apardığı mübarizədə İran, Rusiya, Türkiyə, Hindistan, Tacikistan və Özbəkistan kimi bir çox ölkələrdən dəstək alırdı. ABŞ Əfqanıstanı işğal edərkən Şimali Alyansı ona qurudan dəstək verdi. 2001-ci ilin dekabrında başa çatan iki aylıq müharibə nəticəsində “Taliban”ın hökumətdən uzaqlaşdırılması ilə Şimal İttifaqı da öz önəmini itirdi və müxtəlif siyasi partiyalara bölünüb dağıldı. İndi isə Alyansın yenidən formalaşma prosesi başlaya bilər.`
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar