Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Əhali nisbətlərinin 32 illik müqayisəli təhlili
Qazaxıstanda ötən il keçirilən əhalinin siyahiyalınmasının nəticələri açıqlanıb.
Ovqat.com xəbər verir ki, siyahıyalınmanın nəticələri ölkədə qazaxların və müsəlmanların sayının sürətlə artdığını, rusların və xristianların isə azaldığını göstərir.
Qeyd edək ki, bundan əvvəlki siyahıyaalınma 2009-cu ildə keçirilmişdi. Həmin vaxt ölkədə 16.009.597 vətəndaşın yaşadığı təsbit olunmuşdu. Ötən ilki nəticələrdə isə bu rəqəm 18.631.779-a yüksəlib.
Son 32 ildə aparılan 3 siyahıyaalınmanın müqayisəli təhlil əhali artımında qazaxların ön plana çıxdığını açıq-aydın orta qoyur.
2020 -ci il siyahıyaalınmasına əsasən, ölkədəki etnik qrupların ölkə əhalisinə nisbəti:
1) Qazax - 12.764.821, 68,5%,
2) Rus - 3.512.925, 18.9%,
3) Özbək - 605.137, 3.3%,
4) Uyğur - 274.509, 1.5%,
5) Ukraynalı - 263.962, 1.4%,
6) Tatar - 200.545, 1.1%,
7) Alman - 176.107, 0.9%,
8) Türk - 113.421, 0.6%,
9) Azərbaycanlı -112,547, 0.6% və s.
2009-cu il siyahıyaalınmasında
1) Qazax - 10.096 -763, 68,5%
2) Rus - 3.793.764, 23.7%
3) Özbək - 456.997, 2.8%
4) Ukraynalı - 333.031, 2.1%
5) Alman - 178.409 1.1% və s.
1989 -cu ildə Qazaxıstanın etnik tərkibi
1) Qazax - 39.7%
2) Rus dili - 37.8%
3) Alman - 5.8%
4) Ukrayna - 5.4%
5) Özbək - 2% və s.
Məlum olduğu kimi, 19-20 -ci əsrlərdə Çar Rusiyası və Sovet İttifaqı bir tərəfdən qazaxlara qarşı soyqırım siyasəti həyata keçirir, digər tərəfdən isə rusları bu bölgəyə köçürərək ölkənin etnik tərkibini dəyişdirməyə çalışırdı. Nəticədə 1970-ci ildə Qazaxıstanda ruslar yerli xalqı xeyli üstələmişdi - 42.8% / 32.4% nisbətində
1990-cı ildən sonra başlayan müstəqillik dövründə isə Qazaxıstanda rusların sayı getdikcə aşağı düşməyə başladı. 1989-cu il əhalinin siyahıyaalınmasında bu say hardasa bərabər idisə, 10 ildən sonra qazaxların sayı əhalinin 50%-ə qalxmış, ruslar isə 29.9%-ə enmişdi. 2009-cu ildə bu fərq daha da böyümüşdü: 63.1% / 23.7%. Ötən il isə Qazaxıstandakı rusların əhaliyə nisbəti son yüzildə ilk dəfə 20%-dən aşağıya düşüb.
Rusların getdikcə Qazaxıstandan silinməsinin bir səbəbi aşağı doğuş nisbətidirsə, digəri ölkənin müstəqilliyini elan etməsindən sonra rusdilli əhalinin Rusiyaya köçməsi ilə əlaqədardır. Ümumiyyətlə, 2020 -ci il siyahıyaalınmasının nəticələrinə görə, ölkədəki rus, ukraynalı, belarus və alman azlıqlar bioloji artım sahəsində tənəzzül prosesi yaşayır, qazax, özbək və uyğur kimi etnik qrupların isə sayı artır.
Ötən ilki əhalinin siyahıyaalınmasının nəticələrinin Qazaxıstanın şimal hissəsini Rusiyaya bağlamağı hədəfləyən rus separatçılarını xeyli məyus edəcəyi gözlənilir. Nəticələrə görə, qazaxlar indi hətta Qazaxıstanın şimalında belə, onları geridə buraxıblar.
Qazaxıstan əhalisinin ölkənin torpaq sahəsi ilə müqayisədə azlığı, hökuməti doğumları təşviq siyasəti aparmağa sövq edir. Məhz bu siyasətin nəticəsində 2020 -ci ildə ölkədəki doğuş nisbəti 3,13% -ə yüksəlib. Xüsusilə ölkənin müsəlman əhalisi arasında doğuş nisbətləri sürətlə artır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar