Xəbər lenti

 
Dövlətin məsul nümayəndələri İrandan İrəvana gələn yük maşınlarının məsələsinin həllinə çalışırlar. Bütün komanda bu işlə məşğul olur, düşünürəm ki, məsələ yaxın vaxtlarda həll olunacaq”. 
 
Ovqat.com xəbər verir ki, Ermənistanın İqtisadiyyat Naziri Vahan Kerobyan jurnalistlərə açıqlamasında belə deyib.
 
Onun sözlərinə görə, İran avtomobillərinin Ermənistana girməsində heç bir problemi yoxdur: “Problem yalnız həmin maşınların İrəvana gəlib çıxmasındadır. İndi bu məsələ köməkçi yollar vasitəsilə həll olunur. Lakin köməkçi yollar böyük yük maşınları üçün uyğunlaşdırılmayıb”.
 
Jurnalistlərdən biri nazirdən Azərbaycan əsgərlərinin bağladığı yolların Ermənistanın suveren ərazisi hesab edib-etmədiyini soruşub. Nazir suala hirsli cavab verib:
 
“Mən bu cür məsələlər üzrə mütəxəssis deyiləm, razılaşmaların nə olduğunu görmək lazımdır. Bu yolun bəzi hissələrinin Sovet Azərbaycanı ərazisində olduğunu özünüz də çox yaxşı bilirsiniz, mənə niyə belə suallar verirsiniz? "


Ana səhifəyə qayıt        Baxış: 5 936          Tarix: 27-08-2021, 17:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma