Xəbər lenti
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
20-12-2024, 21:42
20-12-2024, 21:36
20-12-2024, 20:54
20-12-2024, 19:56
20-12-2024, 19:32
20-12-2024, 18:08
20-12-2024, 17:30
20-12-2024, 16:41
20-12-2024, 15:10
Ermənilərin hərbi əsir adlandırdığı, əslində isə diversant hesab olunan şəxsləri İrəvana gətirməli olan təyyarənin Bakıdan boş qayıtması Ermənistanda böyük gərginliyə səbəb olub. Erməni mətbuatının yaydığı ilk məlumatlarda Rusiya sülhməramlı kontingentininin komandanı general-leytenant Rüstəm Muradovun təyyarədə tək olduğu bildirilirdi.
Lakin sonradan Ermənistan mətbuatında Muradovun təyyarədə tək olmadığına dair məlumatlar yayılıb.
“AzPolitika.info” xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri Muradovla birgə Bakıdan qayıdan təyyarədə Türkiyə-Azərbaycan heyətinin olduğunu yazıb.
Hakimiyyətdəki mənbələrinə istinad etdiyini yazan qəzet iddia edib ki, Bakıdan gələn nümayəndə heyəti Naxçıvana Mehridən çəkilməli və Muxtar Respublikayla birbaşa əlaqəni təmin etməli olan yolun keçəcəyi əraziyə baxış keçirəcək: “Türkiyə-Azərbaycan heyətinin missiyası Mehrinin ərazisində tikilməli olan yolun müəyyənləşdirilməsi, necə deyərlər ərazinin öyrənilməsidir.”
Qəzet Muradovun Bakıya səfərilə bağlı sual verir: “Muradovun təyyarəsinə gəlincə, sual yaranır ki, əgər əsirlər qaytarılmayacaqdısa, general Bakıya niyə yollanmışdı? Bizim mənbələr bildirirlər ki, təyyarə boş olmayıb, Muradovla birgə Ermənistana Türkiyə-Azərbaycan heyəti də gəlib...”
Ermənistanda ciddi nəşrlərdən sayılan “Hraparak” iddia edir ki, sözügedən heyətin Muradovla birgə İrəvana uçması və Mehriyə yollanması əvvəlcədən planlaşdırılıb.
Qəzetin yazdıqlarının nə dərəcədə həqiqətə uyğun olduğunu söyləmək çətindir. Lakin Azərbaycanın rəsmi mövqeyi ondan ibarətdir ki, sözügedən şəxslər diversantdırlar. Və belə görünür ki, onların bir hissəsi yalnız müəyyən şərtlər qarşılığında geri qaytarıla bilər.
Onu da qeyd edək ki, son məlumata görə Ermənistanın Müdafiə Nazirliyi “Hraparak”-ın yaydığı xəbəri təkzib edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar