Xəbər lenti


"Rusiya İranda hər ay 2 milyon ədəd "Sputnik V" peyvəndi istehsal edir, amma hamısını ölkəsinə aparır".

Oxuməni.az İran mətbuatına istinadla xəbər verir ki, bunu İslam Respublikasının Biomüdafiə Bazası rəhbərinin müavini Məhəmməd Kəriminiya bildirib.

Onun sözlərinə görə, İranda ayda 2 milyon doz "Sputnik" peyvəndi istehsalına dair "Aktoverko" və "Sputnik Russia" ilə müqavilə imzalanıb.

"İran bazarına "Sputnik V" peyvəndi daxil olsa da, iyul ayında ölkənin Səhiyyə Nazirlyi rusların kələk gəldiyini bildirib. Fakt budur ki, ruslar "Sputnik" peyvəndini İranda istehsal edərək Rusiyaya çatdırmaq məqsədi güdüblər", - deyə Məhəmməd Kəriminiya şikayətlənib.

O əlavə edib: "Əgər belə istehsal qabiliyyəti varsa, niyə İran istehsalını öz bazarımıza çıxarmadıq?! Halbuki parlamentin Səhiyyə Komissiyası, Baş Müfəttişliyin və Audit Məhkəməsi bu məsələlərə ciddi və operativ diqqət yetirməli olan qurumlardır".

Qurum rəsmisi qeyd edib: "Yalnız Rusiya deyil, İran peyvənd istehsal etmək üçün digər ölkələr də mövcud potensialdan istifadə etmək istəyir. "Pfizer", "Moderna", "Astrazenka" və hətta Çin və Hindistanın istehsalçıları bunda maraqlıdır".



Ana səhifəyə qayıt        Baxış: 2 945          Tarix: 4-09-2021, 13:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma