Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
Rusiya Prezidenti Vladimir Putin bu və ya digər şəkildə rəhbər vəzifəsini tutmaq şərtilə 1999-cu ildən Rusiyanı idarə edir. Son 22 ildə o, həm prezident, həm də baş nazir postunda olub və bu müddət ərzində özünün yüksək reytinqini qoruyub saxlaya bilib.
Lakin keçirilən son rəy sorğusu göstərir ki, Rusiyada koronavirus infeksiyasının tüğyan etməsi onun populyarlığını ciddi şəkildə zədələyib. Bu gün Putinin siyasətnin bəyənilmə reytinqi 61 faizdir. Sonuncu dəfə Putinin reytinqi 2020-ci ildə, Rusiya birinci dəfə karantini uzadanda bu səviyyəyə düşmüşdü. O zaman prezidentin siyasətini rusiyalıların 59 faizi bəyənirdi, 33%-i isə tənqidi mövqe tutmuşdu. Nəticədə onun populyarlıq reytinqi 60% səviyyəsində möhkəmlənsə də, bu ilin iyun ayından başlayaraq Putin Rusiya əhalisinin rəgbətini durmadan itirir.
May ayında koronavirusa qarşı tədbirlər yumaşldılanda Rusiyada inflyasiya böyüməyə başladı. Həmin ay istehlak qiymətlərinin artımı 6 faiz təşkil etmişdi. Xüsusilə də daha çox qida məhsullarının qiyməti qalxmışdı. İlyulda Putinin reytinqi 64 faizə düşəndə Rusiyanı koronavirusun yeni dalğası bürüdü. ”Rosstat”ın məlumatına görə, təkcə bir ay ərzində koronavirusdan 38992 nəfər ölmüş, xəstəliyə yoluxanların sayı isə gündəlik 55000 nəfərə çatmışdı.
Hazırda son həftə ərəzində gündəlik yoluxma sayı 18 707 nəfərədək düşüb, lakin rusiyalıların Putinə rəgbəti bərpa olunmayıb. ”Statista” agentliyinin məlumatına görə, onu bəyənməyənlərin sayı rekord həddə - 37 %-ə çatıb. Bu, Putinin ən aşağı reytinqi göstəricisidir. Onun reytinqi yalnız bir dəfə - 2013-cü ilin noyabrında bu cür aşağı düşümüşdü.
“Statista” agentliyi bu rəqəmləri açıqlayarkən “Levada Mərkəz”lə birlikdə aparılan rəy sorğularının nəticələrinə əsaslanır. Maraqlıdır ki, hazırkı mərhələdə Rusiya hakimiyyəti öz əhalisinin kütləvi qorunmasını təşkil etmir, peyvəndləmə isə çox ləng gedir.
Son məlumata görə Rusiyanın 146 milyon əhalisindən 43 milyon nəfərinə azı bir doza peyvənd vurulub. Yalnız əhalinin 25 %-i hər iki doza ilə peyvənd olunub. Rusiya virusa qarşı mübarizədə effektliliyi ilə tanınan “Sputnik V” peyvəndi hazırlayıb.
Tibbi “medRxiv” serverinin dərc etdiyi araşdırmada iddia edilir ki, Rusiya istehsalı olan “Sputnik V” peyvəndi “Delta” ştamı ilə yoluxmanın ortadan qalxmasına ciddi şəkildə kömək edir. 14 min nəfər üzərində aparılan araşdırmadan sonra məlum olub ki, Rusiyanın “Sputnik V” peyvəndi xəstəlik riskini 81% azaldır. Bundan başqa qeyd edilir ki, bu peyvənd ağ ciyərlərin ciddi şəkildə zədələnməsi ehtimalını xeyli aşağı salır.
“Daily Express” – (Böyük Britaniya)
Tərcümə: “AzPolitika.info”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar