Xəbər lenti

 
Rusiya-Belarusiya "Qərb 2021" təlimi Estoniya üçün əlavə təhlükəsizlik riskləri yaradır. 
 
Ovqat.com-un məlumatına görə, Estoniya Müdafiə Nazirliyi bu bəyanatla çıxış edib.
 
Nazirlikdən bildirilib ki, Rusiya ilə Belarus strateji manevrlərin aparılmasında kifayət qədər şəffaflıq təmin etməyib.
 
İddiaya görə, Estoniya Silahlı Qüvvələri müharibəyə hazır vəziyyətinə gətirilib. Xatırladaq ki, Polşa da təhlükəsizlik risklərini nəzərə alıq ölkə ərazisində fövqəladə vəziyyət elan etmişdi.
 
"Rusiya və Belarusun keçirdikləri “Qərb-2021” təlimlərində şəffaflığın təmin edilməməsi əlavə təhlükəsizlik riskləri yaradır",-deyə Estoniya Müdafiə Nazirliyi bildirir.
 
NATO və Avropa Parlamenti də Rusiya Federasiyasını və Belarusu eyni ittihamla tənqid edib. Avropa Xalq Partiyası (EPP) fraksiyasının müdafiə mütəxəssisi Michael Galer, “Qərb-2021”in "Ukrayna, Belarus əhalisini və NATO-nun şərq cinahında tərəfdaşlarını qorxutmaq" üçün keçirildiyini bildirib.
 
NATO-nun Baş katibi Yens Stoltenberq də təlimlərdən bir neçə gün əvvəl bənzər açıqlama ilə çıxış etmişdi.


Ana səhifəyə qayıt        Baxış: 3 330          Tarix: 10-09-2021, 13:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma