Xəbər lenti

 
 
Dünən Antalyadan Moskvaya uçan Rusiya Hava Yollarına məxsus təyyarənin sərnişinlərini İlahi Təsadüf xilas edib.
 
Ovqat.com xəbər verir ki, Rusiyanın Şimali-Qərb Nəqliyyat Prokurorluğunun dünən gecə yaydığı bir məlumat bu qənaəti yaradır.
 
Prokurorluğun iddiasına görə, Pulkovo hava limanına təcili enmək məcburiyyətində qalan  təyyarənin pilotları  enişdən əvvəl aeroport dispetçerlərinə mühərriklərdən birinin nasazlığı barədə məlumat veriblər.
 
Pilotların xüsusi peşəkarlığı nəticəsində təyyarə qəzaya uğramadan pistə enməyi bacarıb. Təyyarənin 95 sərnişin və ekipaj üzvü olub və onlardan heç biri xəsarət almayıb. Təyyarə enməzdən əvvəl qəza yaşana biləcəyi barədə Pulkovo aeroportunun bütün xidmətləri xəbərdar edilib.
 
 
Hava limanını idarə edən Northern Capital Gateway Şirkətinin bildirdiyinə görə, təyyarə saat 22: 24-də “etibarlı şəkildə” yerə enməyi bacarıb
 
Qeyd edək ki, son zamanlar Rusiyada təyyarə qəzaları barədə məlumatlar intensivləşib. Xüsusilə rus istehsalı olan təyyarələrin qəzaya uğradıqları və ya böyük bir fəlakətdən “qıl payı” qurtulduqları müşahidə edilir. Müşahidəçilərin fikrincə, bu talesizliklərin səbəbi Rusiya şirkətlərinə məxsus təyyarələrin ya istifadə müddətini bitirəcək qədər köhnəldiyindən, ya da ümumiyyətlə “Allaha təvəkkül” ümidilə necə gəldi istehal olunduqlarından qaynaqlanır.
 
Rusiya isə Türkiyə kimi dövlətlərə birgə 5-ci nəsil təyyarə istehsalı təklif edir. Yaxşı deyiblər: “özünə umac ova bilməyənlər adətən başqalarına əriştə kəsirlər”. 
 
 


Ana səhifəyə qayıt        Baxış: 4 937          Tarix: 16-09-2021, 07:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma