Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
“Ermənistanda yeni yolların tikintisində Rusiya investorlarının iştirakı vacibdir”.
Ovqat.com xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Baş nazirinin müavini Aleksey Overçukla görüşündə bunu deyib.
Onun sözünə görə, rəsmi İrəvan Ermənistanın cənubunda Şimal-Cənub avtomobil yolunun hissələrini tikməyə başlayıb: Sisyandan Kacarana və daha sonra Kacarandan İran sərhədinə qədər.
“Bu yol təkcə cənubdan Ermənistanın paytaxtına və şimalına deyil, həm də İrandan Gürcüstana, Qara dəniz sahillərinə və daha sonra Avropaya tranzit yük daşımaları üçün yeni, sürətli dəhliz yaradacaq”, - deyə Paşinyan vurğulayıb.
O qeyd edib ki, bu layihələrdə özəl investorların iştirakı zəruridir: “Ermənistanın özünün belə miqyaslı layihələri həyata keçirməsi mümkün deyil. Buna görə də, imkanları və iş keyfiyyəti ilə xarici şirkətlərin, o cümlədən Rusiya şirkətlərinin bu layihədə iştirakı kapital xərclərinin yerinə yetirilməməsi ilə bağlı xroniki problemi həll etməyə imkan verəcək”.
Paşinyanın bu təklifi Azərbaycanın Qafan-Gorus yolunu bağladıqdan sonra yaranmış böhranı aradan qaldırmağa və alternativ yol axtarışlarına xidmət edir. Tamamilə İranın maraqlarına xidmət edən bu yolun tikintisi üçün Paşinyanın Rusiyadan pul istəməsi ilgincdir və yəqin ki, Moskva buna müsbət cavab verməyəcək. Çünki bu yol Rusiyadan daha çox Avropaya çıxışı nəzərdə tutur və region ölkələrinin Qərbə inteqrasiyasını gücləndirir.
Bununla belə, Ermənistanın yol-kommunikasiya xətlərinə nəzarət tamamilə Rusiyanın əlinə keçdiyindən və tranzitdən gələn vəsaitləri əsasən Moskvaya qazandıracağından onun bu təklif barədə düşünəcəyini də istisna etmək olmaz.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar