Xəbər lenti

 
İran-İraq müharibəsinin başlamasının 41-cu ildönümünə həsr olunan İran İslam Respublikasının Müqəddəs Müdafiə həftəsi ilə bağlı mərasim cümə axşamı Bakıda keçirilib.
 
Ovqat.com-un məlumatına görə, mərasimdə İran İslam Respublikasının səfiri, Azərbaycan Respublikasının müdafiə və müdafiə sənayesi nazirlərinin müavinləri və digər siyasi rəsmilər, eləcə də xarici ölkələrin   Azərbaycan Respublikasındakı hərbi attaşeləri, İranın Azərbaycanda  fəaliyyət göstərən rəsmi qurumlarının nümayəndələri iştirak ediblər .
 
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyyid Abbas Musəvi mərasimdə çıxış edərək, bildirib ki, İran xalqı 41 il öncə baş vermiş müharibədə bütün çətinliklərə sinə gərərək , ölkələrinin müqəddəs müdafiəsinə qalxmış və bu müharibədə qalib gəlmişlər
  


Müsəvi sözlərinə davam edərək bildirib ki, İran İslam Respublikası hal-hazırda hərbi cəhətdən dünyanın ən qüdrətli ölkələrindən biri hesab olunur və ölkənin müdafiə sənayesi nəzərəçarpacaq inkişaf yolu keçib . 
 
O, həmçinin İranın  hərbi qüdrətinin həmişə regionda sülh və təhlükəsizliyin xidmətində olduğunu nəzərə çatdırıb. 
  
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı hərbi ataşesi  Cavad Forutəni isə çıxışında İran xalqının  şücaət və qəhrəmanlıqla ölkələrinə qarşı olan qeyri –bərabər müharibədə qalib gəldiyini bildirərək qeyd edib ki, buna görə də bu həftə Müqəddəs Müdafiə Həftəsi adlanır.
   
Forutəni İran xalqının səkkiz illik müharibə tarixini, azad bir xalqın qəhrəmanlıq salnaməsi adlandıraraq, əlavə edib ki, bu yolda canından keçərək şəhid olanların xatirəsi heç vaxt yaddaşlardan silinməyəcəkdir və İran xalqı onları heç  vaxt unutmayacaq .
 
Mərasimdə saytımızın Baş redaktoru Heydər Oğuz da iştirak edib.





Ana səhifəyə qayıt        Baxış: 4 120          Tarix: 24-09-2021, 23:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma