Xəbər lenti

Ermənistan Müdafiə Nazirliyi ilə Silahlı Qüvvələrin Baş Qərargahının birləşdirilməsi istiqamətində müzakirələr başlayıb.

“Report” xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, Müdafiə Nazirliyinin rəhbərliyi əvvəlki idaretmə qaydasına qayıtmağı və iki qurumun vahid strukturda birləşdirilməsini vacib sayır. Amma bu halda Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan işsiz qalmayacaq: “O, müdafiə nazirinin birinci müavinin təyin ediləcək”.

Yazıda bildirilib ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyan bu dəyişiklik fonunda artıq bir sıra qurumların, xüsusi ilə Müdafiə Nazirliyinin Nəzarət İdarəsinin ləğv olunması barədə qərar qəbul edib.



Ana səhifəyə qayıt        Baxış: 1 934          Tarix: 29-09-2021, 12:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma