Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
Gürcüstanın “Gorby” təşkilatı yerli seçkilərdə apardığı “exit-poll”un nəticələrini açıqlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, “exit-poll”u “İmedi” telekanalı sifariş edib.
Saat 18:00-a olan nəticələrə əsasən, "Gürcü Arzusu" Partiyası 47,6 %, Vahid Milli Hərəkat Partiyası (VMHP) 27,1 %, “Gürcüstan naminə” partiyası 6,8 % səs əldə edib.
Tbilisi mer seçkilərində isə ilk yeri 51,3 %-lə “Gürcü Arzusu”nun namizədi Kaxa Kaladze tutub. İkinci və üçüncü yerlərdə isə VMHP-nin namizədi Nika Meliya (34,6 %) və Giorgi Qaxariyadır (5,6 %).
Rəsmi nəticələr açıqlanmasa da, Gürcüstanın "Gürcü Arzusu" Partiyasının Tbilisi meri vəzifəsinə namizədi Kaxa Kaladze yerli seçkilərdə qələbəsini qeyd edir.
“Gürcü Arzusu”nun tərəfdarları partiyanın Tbilisidəki baş qərargahı qarşısına toplaşıb.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edərək seçicilərə təşəkkürünü bildirib: “Bu qələbə bütün Gürcüstana məxsusdur. Seçicilərimiz və tərəfdarlarımıza minnətdarlığımı bildirirəm”.
O qeyd edib ki, bu gün ölkədə qütbləşməyə son qoyulub: “Sabahdan inkişaf və sabitlik dövrü başalyır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar