Xəbər lenti
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
20-12-2024, 21:42
20-12-2024, 21:36
20-12-2024, 20:54
20-12-2024, 19:56
20-12-2024, 19:32
20-12-2024, 18:08
20-12-2024, 17:30
20-12-2024, 16:41
20-12-2024, 15:10
“Özbəkistan təhlükəsizliyini təmin etmək üçün kifayət qədər potensiala malikdir. Bu səbəbdən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü yeniləmək niyyətində deyil.”
Ovqat.com xəbər verir ki, bunu Özbəkistanın Xarici İşlər naziri Əbdüləziz Kamilov jurnalistlərə açıqlamasında deyib.
Əbdüləziz Kamilovun KTMT-dən ayrılmaq qərarını Əfqanıstana səfərindən dərhal sonra verməsi maraqlıdır. Məlumata görə, bu səfərdən əvvəl Daşkəndlə Taliban arasında telefon danışıqları olmuş və Əfqanıstanın yeni hökuməti Özbəkistana daxili işlərinə qarışmamaq barədə zəmanət vermişdi. Məhz bu zəmanətdən sonra Əbdüləziz Kamilovun Əfqanıstana səfər etdiyi bildirilir. Görünən budur ki, özbək nazir Kabilə səfərində Talibanın təhlükəsizlik jestinin qarşılığında Rusiya ilə hərbi əlaqələri kəsmək öhdəliyi götürüb. Həqiqətən də Taliban Özbəkistanın təhlükəsizliyinə zəmanət verirsə, Daşkəndin Rusiya ilə hərbi müttəfiqliyini sürdürməsi bir çox baxımdan doğru deyil.
Əvvəla, Özbəkistanı regionda təhdid edən Taliban təhlükəsi idi. O da aradan qalxırsa, Rusiyanın himayəsi altında qalmağa nə ehtiyac var?
İkincisi, Rusiya son zamanlar Taliban təhlükəsini əsas gətirib Orta Asiya ölkələrini öz ətrafında saxlamağa çalışırdı. Dolayısı ilə Talibanı təhdid olaraq görürdü. Belə olan təqdirdə, Taliban Özbəksitanla dostluq münasibətləri qurduğu bir zamanda Daşkəndin onu təhdid kimi görən bir qüvvə ilə hərbi əməkdaşlığı mehriban qonşuluq siyasətinə sığmaz. Çox güman ki, Taliban bunu Əbdüləziz Kamilovun Əfqanıstana səfəri zamanı Daşkəndin nəzərinə çatdırıb və Özbəkistanı Rusiya ilə yollarını ayırmağa dəvət edib. Daşkənd də bu təkliflə razılaşıb.
Özbəkistanın bu qərarından sonra yəqin ki, eyni prosesə Qazaxıstan da qoşulacaq. Çünki neft və qaz zəngini olan bu ölkənin iqtisadi maraqları ya Trans-Xəzər, ya da TAPİ layihəsinə qoşulmağı tələb edir. Prinsipcə, Özbəkistanın Xarici İşlər naziri də bu kimi amilləri nəzərə alıb Əfqanıstana getmiş və geri qayıtdıqdan sonra KTMT-dən ayrılmaq qərarını açıqlamışdır. Nəzərə alsaq ki, Orta Asiyada Cənub Şərqlə iqtisadi inteqrasiya xəttini tutan ilk ölkə olan Türkmənistan da KTMT-nin üzvü deyil, ortaya belə bir nəticə çıxır: beynəlxalq enerji layihələrində iştirakın mühüm şərtlərindən biri hərbi əməkdaşlıqdır. Yəni Rusiyanın təsir dairəsində olub başqa hərbi bloklarla nəhəng beynəlxalq layihələrə qoşula bilməzsən. Yəqin ki, Avropaya neft və qaz kəmərləri ilə bağlanan Azərbaycan da məhz bu səbəbdən KTMT-dən kənarda qalmalı olub.
Qazaxıstanın da yaxın zamanlarda ayrılıq bayrağını qaldırması ehtimalı özünü doğruldarsa, KTMT-də 5 ölkə qalacaq. Onlardan biri Rusiya, digərləri isə onun peykləri - Ermənistan, Tacikistan, Belarus və Qırğızıstan. 4-ü də iqtisadi cəhətdən yoxsul, Rusiyanın himayəsinə möhtac. Rusiyanın isə iqtisadi vəziyyəti qənaətbəxş deyil. Bir də bu 4 dövlətin müdafiəsini öz boynuna götürməklə iqtisadi vəziyyətini daha da çətinləşdirə bilər. Bu məntiqlə, yanaşsaq, KTMT-nin perspektivi heç də parlaq görünmür və onun peykləri başlarının çarəsini tapmalıdırlar.
Ermənistanın başının çarəsi indidən bəllidir. Rusiyanın himayəsindən məhrum olan və Azərbaycanla Türkiyə arasında sıxışıb qalan bu ölkə bütün nəfəslikləri kəsilən İrana sığınmağın da ona fayda gətirməyəcəyinin fərqindədir. Dolayısıyla iki qardaş ölkə arasında ona təklif edilən bucaqda qısılıb oturmalı və yeni himayədarlarının mərhəmətinə bel bağlamalıdır.
Belarus isə artıq Rusiya ilə vahid dövlətçilik danışıqları aparır, yəqin ki, bu danışıqlar iki ölkənin birləşməsi ilə nəticələnəcək. Orta dəhliz üzərində olmadığından onun hansı tərəfdə yer alması layihə iştirakçılar üçün o qədər də mühüm hesab olunmur.
Tacikistanın da işi xeyli mürəkkəbdir. Ona ən böyük təhlükə isə Əfqanıstandan gözlənilir. Talibanın fikrincə, Əfqanıstandakı müxalif Əhməd şah qruplaşmasını Düşənbə dəstəkləyir. Təsadüfi deyil ki, yeni Kabil hökuməti bununla bağlı Düşənbəyə barmaq belə silkələyib, onlarla intiharçı qrupu Tacikistana göndərib təxribatlar törədəcəyini gizlətməyib. Sözsüz ki, intiharçı terror aktları Talibanın aparacağı müharibənin ilk xəbərdarlıq atəşləri olacaq. Düşənbə bundan nəticə çıxarmasa, əsl müharibə ilə də üz-üzə qala bilər.
Tacikistan ordusunun xeyli zəif olduğunu nəzərə alsaq, onun təpədən dırnağa ən müasir ABŞ silahları ilə təchiz olunmuş Talibana qarşı duruş gətirməsi mümkün görünmür. Düşənbə bu məsələdə himayədarı Rusiyaya da bel bağlaya bilməz. Çünki həmin Rusiya 1980-ci illərdən Talibanı yaxşı tanıyır və ikinci dəfə eyni bataqlığa girməyə cəsarət etməz. Görünən budur ki, Rusiya özünün ən yaxın müttəfiqi Tacikistanı ya Talibana yedirməyə məcbur olacaq, ya da onun Türk Birliyinə qoşulması ilə razılaşacaq.
Qırqızıstana gəlincə, Orta Asiyanın bu kasıb ölkəsi əslində Rusiya üçün ciddi əhəmiyyət kəsb etmir. Xüsusilə də digər zəngin Orta Asiya ölkələri əlindən çıxdıqdan sonra Moskvanın əlavə xərc çəkərək Qırğızıstanın və Tacikistanın müdafiəsini öz boynuna götürməsi mənasız cömərdlik təsiri bağışlayır. Yəqin ki, öz iqtisadi vəziyyətinin hayına qalan Qırğızıstanın da mühafizəsini Türk Birliyinin öhdəsinə buraxacaq.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar