Xəbər lenti
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
20-12-2024, 21:42
20-12-2024, 21:36
20-12-2024, 20:54
20-12-2024, 19:56
20-12-2024, 19:32
20-12-2024, 18:08
20-12-2024, 17:30
20-12-2024, 16:41
20-12-2024, 15:10
İranla Azərbaycan arasındakı gərginliyin əsas sirri Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlunun martın 29-da mediaya verdiyi bu açıqlamada gizlidir:
"Süveyş kanalı ilə şərq-qərb istiqamətində Uzaq Şərq-Avropa nəqliyyat xəttinə alternativ ola biləcək ən uyğun marşrut, ölkəmizdən başlayaraq Qafqaz bölgəsinə, ordan Xəzər dənizini keçib Türkmənistan və Qazaxıstana ardınca Orta Asiya və Çinə uzanan Orta Dəhlizdir. Bu dəhlizi tarixi “İpək yolu”, bugünkü adıyla desək, “Bir Kəmər, Bir yol” layihəsinin maliyyə və zaman baxımından ən güvənli marşrutu olaraq görürük. Türkiyə 'Orta Dəhliz' adlanan marşrut üzərində yerləşir. Bu mövzuda qərarlılığımızı keçən il Çində də ortaya qoyduq. Türkiyədən Çinə göndərilən ilk ixracat qatarımızın iki qitəni, iki dənizi və 5 ölkəni keçərək 10 günə təyinat nöqtəsinə çatdı. Orta dəhliz öz alternatvi olan Şimal Dəhlizindən daha sürətli və daha qənaətlidir; 2 min kilometr qısadır və daha əlverişli iqlim şəraitinə malikdir. Dəniz yolu ilə müqayisədə təxminən 15 gün tez mənzilə çatır. Orta Dəhliz ölkəmizin liman bağlantıları sayəsində Asiyanın yük axınını Yaxın Şərqə, Şimali Afrikaya və Aralıq dənizinə çıxarmaq üçün əhəmiyyətli imkanlar təqdim edir. Bu çərçivədə ölkəmizin logistik infrastrukturuna ciddi investisiyalar qoyuldu və investisiyalarımız hələ də davam edir".
Türkiyəli nazirin dediyi kimi, bu dəhliz təkcə İranın Avropaya açılan Fars körfəzi-Qara dəniz marşrutunu əhəmiyyətsiz hala gətirməklə qalmır, həm də Orta Asiyanın və Cənubi Qafqazın geosiyasi simasını dəyişir. Təsadüfi deyil ki, Orta Koridor marşrutu üzərində yer alan Türkmənistan və Özbəkistan kimi ölkələr Rusiyanın NATO-su sayılan KTMT-dən ayrılıblar. Növbədə Qazaxıstan var.
Rusiyanın Orta Asiyadakı bu geosiyasi sima dəyişikliyinə səbrlə yanaşması da təsadüfi deyil. Görünən budur ki, Moskva KTMT kimi əhəmiyyətsiz qurumu və Orta Asiyadakı getdikcə azalan mövqeyini qurban verməklə Qara dənizdə və Cənubi Qafqazdakı təsir gücünü möhkəmləndirməyə çalışır. Ona bunun zəmanəti kimi, Orta dəhlizində yer almaq imkanı tanınıb. Başqa sözlə desək, Rusiya Orta Dəhlizdən iqtisadi və geosiyasi divident qazanmaq üçün güzəştə getməyə məcbur olub. Ona bu güzəştin müqabilində verilən isə Ermənistanın payıdır . Faktiki olaraq, Zəngəzur dəhlizinə nəzarət etməklə Moskva Ermənistanın payına yiyələnəcək.
Əslində bu da bizim və Türkiyənin xeyrinədir. Çünki Azərbaycanda və Türkiyədə xalqımızın qanına susamış ermənilər bu koridordan 5 quruş da qazana bilməyəcək. Onların yerinə Rusiya qazanacaq. Nəticədə Ermənistan ya Türkiyənin, ya da Azərbaycanın əyalətinə, yaxud arxa bağçasına çevriləcək. Ən əsası isə ermənilər öz siyasətləri ilə Türk düşmənçiliyinin mərkəz nöqtələrindən birinə çevrilən İranın əlindən çıxacaq. Tehranın Zəngəzur dəhlizi barədə danışarkən, “biz icazə vermərik ki, bölgənin gepolitik sərhədləri dəyişsin” deməsinin əsl səbəbi də budur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar