Xəbər lenti
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
20-12-2024, 21:42
20-12-2024, 21:36
20-12-2024, 20:54
20-12-2024, 19:56
20-12-2024, 19:32
20-12-2024, 18:08
20-12-2024, 17:30
20-12-2024, 16:41
20-12-2024, 15:10
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə oktyabrın 11-də mətbuat konfrası keçirib.
Ovqat.com-un məlumatına görə, sözçü Vyana danışıqlarından tutmuş, Səudiyyə Ərəbistanı ilə dioloq səylərinə qədər bir çox məsələlərlə bağlı jurnaistləri bilgiləndirib.
Xətibzadənin üzərində dayandığı məsələlərdən biri də İran-Azərbaycan münasibətləri olub.
İran və Azərbaycan normal əlaqələrə malikdir olduğunu bildirən bu münasibətləri pozmaq istəyənlərin addımlarını qeyri-təbii adlandırıb. O, çıxışında Azərbaycan hökumətinin İranla danışıqlarda sözünə sadiq qalmadığını da vurğulayaraq deyib:
“İki ölkə arasındakı münasibətlər düzgün məntiqə söykənmişdir. Eyni zamanda İranın narahatlıqları İran və Azərbaycan arasında mehriban qonşuluq və yaxşı münasibətlər kontekstində dilə gətirilib. Bakıdakı dostlar bildirmişlər ki, bu narahatlıqları aradan qaldıracaqlar. Bəzi məqamlarda və məsələlərdə Azərbaycandan gözlədiklərimiz özünü doğrultmadı. Azərbaycanla qardaşlıq münasibətlərinə malikik”.
Xətibzadə konkret olaraq hansı məsələlərdə rəsmi Bakının Tehrana söz verib yerinə yetirmədiyinə aydınlıq gətirməyib. Sadəcə deyib ki, “Azərbaycan tərəfinə bildirmişik ki, İranın bir sıra narahatlıqları tədricəm həll olunsun”.
Sözçü həmçinin qeyd edib ki, İran heç bir zaman Azərbaycanla kommunikasiya əlaqələrini kəsməyib: “Hava məkanımızı heç vaxt Azərbaycanın üzünə bağlamamışıq. Avtomobil yolları açıqdır və gediş-gəliş davam edir. İki ölkə üçüncü tərəfin əlaqələrə hər hansı təsir göstərməyinə icazə verməməlidirlər”.
Sual oluna bilər: Ağayi-Xətibzadənin dedikləri əgər doğrudursa, Tehranın erməni maraqlarını özünün qırmızı cizgisi elan etməsini necə qiymətləndirmək olar?
Sözçü bu suala belə aydınlıq gətirib: “Azərbaycan Respublikası ilə Ermənistan arasındakı müharibədə bütün səyimiz dialoq qurulmasına xidmət edib. Bizim gözləntimiz yaxşı qonşuluq münasibətləridir”.
İran diplomatı deyəsən fərqində deyil ki, Ermənistan 44 günlük müharibə ərəfəsində Azərbaycan torpaqlarının 20%-ni işğal edən məmləkət idi və bu torpaqlardan çıxmayana qədər iki dövlət arasında dialoq baş tutası deyildi. İran əgər səmimi şəkildə mehriban qonşuluq əlaqələrinə üstünlük verirdisə, zəhmət çəkib müharibə dövründə Ermənistanı buna məcbur etməli idi. Guya şiə qardaşımız olan bu dövləti isə biz 44 günlük savaş boyunca Ermənistana silah-sursat keçirən, hər cür yardım göstərən qismində gördük. Müharibədən sonra isə Azərbaycanın öz ərazilərində suverenliyini təmin etmək çalışmalarına Tehranın indiyədək sürən mövqeyi belə oldu: “Biz geopolitik sərhədlərin dəyişilməsi ilə razılaşmayacağıq”.
İran həqiqətən də Azərbaycanla mehriban qonşuluq şəraitində yaşamaq istəyirsə, ilk növbədə bu siyasətindən əl çəkməli, ölkəmizə qarşı hədyanlar yağdıran, açıq şəkildə bir çox terror hadisələrində əli olduğunu gizlətməyən legionerləri Bakıya təhvil verməlidir. Əks halda bütün bu hərəkətlərin bir adı var – DÜŞMƏNÇİLİK. Düşmən mövqeyindən geri çəkilməyən dövlətlə isə dostluq münasibətləri qurulmaz.
Tofiq İbrahimbəyli adlı bu adam terrorizmi açıq şəkildə dəstəkləyir. İran isə ona öz qoynunda yer verib, qoruyur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar