Xəbər lenti

 
Ermənistan prezidenti İrandakı səfirini geri çağırıb.
 
Ovqat.com
-un məlumatına görə, Artaşes Tumanyan 2015 -ci ildən Ermənistanın İrandakı diplomatik missiyasına rəhbərlik edir. 
 
Tumanyan kifayət qədər təcrübəli diplomatdır və bundan əvvəl Ermənistanın Xarici İşlər nazirin birinci müavini, Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edirdi.


 
Ermənistanın öz səfirini geri çağırmasının səbəbi bəlli deyil. Bəzi ehtimallara görə, Tehran onun fəaliyyətindən narazı idi və öz vassalına səfirini geri çağırmağı məsləhət görüb.

Məlumatlara görə, Artaşes Tumanyan axırıncı dəfə 6 oktyabrda İran XİN-in müavini Mehdi Səfəri ilə görüşüb. Güman olunur ki, Mehdi Səfəri ona bir həftə ərzində şələ-şüləsini yığışdırıb İrandan getməsini məsləhət görüb. Amma konkret niyə, səbəbi bilinmir. İddialara inansaq, Tumanyan regiondakı vəziyyəti nəzərə alıb iranlı həmkarlarına aqressiv siyasətin nəticə verməyəcəyini anlatmağa çalışırmış. Gözüdönmüş Tehran isə bu iradları erməni və İran maraqlarına xəyanət kimi qiymətləndirib və binəva səfiri qovmaq qərarına gəlib.
 
Digər bir məlumata görə, İrəvan Tumanyanı Ermənistan xarici işlər nazirinin müavini təyin etmək niyyətindədir.




Ana səhifəyə qayıt        Baxış: 5 438          Tarix: 13-10-2021, 16:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma