Xəbər lenti


Ölkənin müxtəlif regionlarından gələn vətəndaşlar "Mişaya Azadlıq" şüarları ilə Azadlıq Meydanına toplaşıblar.

24News.ge xəbər verir ki, aksiyaya bölgələrdən minlərlə insan qatılıb. Etirazçıların əsas tələbi Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin azad olunmasıdır. Eyni zamanda aksiya iştirakçılarından bəziləri Mixail Saakaşvili həbsdən çıxana qədər Tbilisidə qalacaqlarını və mitinq keçirəcəklərini söyləyirlər.

Aksiyada həmçinin Mixeil Saakaşvilinin vətəndaşlara müraciəti oxunacaq.

Qeyd edək ki, hazırda Respublika Meydanında nəqliyyatın hərəkəti dayandırılıb və əraziyə çox sayda Polis qüvvələri səfərbər edilib.


Ana səhifəyə qayıt        Baxış: 6 471          Tarix: 14-10-2021, 19:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma