Xəbər lenti
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
20-12-2024, 21:42
20-12-2024, 21:36
20-12-2024, 20:54
20-12-2024, 19:56
Suriya Milli Ordusu ölkənin Tel-Rüfət qəsəbəsinə dronlarla xəbərdarlıq vərəqələri yayıb.
Ovqat.com-un məlumatına görə, vərəqələrdə yazılıb:
“Şəhərimiz PYD/PKK -dan alınacaq. Gecikmədən qüvvələrimizlə əməkdaşlıq edin".
Oxşar vərəqələrin Suriya Milli Ordusunun bundan əvvəlki hərbi əməliyyatlardan əvvəl hədəf bölgələrə atıldığı qeyd olunur. Odur ki, Tel-Rüfət sakinləri bu vərəqələri əməliyyat öncəsi xəbərdarlıq kimi dəyərləndirirlər.
Qeyd edək ki, Suriya Milli Ordusu əsasən ABŞ tərəfindən dəstəklənən kürd separatçılarının qətliamlarını durdurmaq üçün Türkiyənin yerli ərəb və türkmən döyüşçülərindən formalaşdırdığı dirəniş qüvvələridir. Bundan əvvəl həmin qüvvələr Türkiyənin keçirdiyi “Barış pınarı”, “Zeytun Budağı”, “Fərat qalxanı” kimi əməliyyatlarda da iştirak edib. Əvvəl Özgür Suriya Ordusu adlanın bu hərbi qüvvələr 2017-ci ildən Suriya Milli Ordusu adını alıb.
Suriya Milli Ordusunun yeni hədəfi olan Tel-Fərat qəsəbəsinə gəlincə, Türkiyənin “Fərat qalxanı” bölgəsinə yaxın ərazidə yerləşən bu qəsəbə kürd separatçılarının əlindədir. 13 oktyabr tarixində “Fərat qalxanı” əməliyyatı sahəsinə girən PYD/PKK-çı ünsürlər 2 Türk xüsusi təyinatlını şəhid etmiş və bu da Ankara tərəfindən sərt təpkiyə səbəb olmuşdu. Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan terror hücumu ilə əlaqədar kəskin bəyanat verərək demişdi: Polislərimizə edilən son hücum və torpaqlarımızı hədəf alan təcavüzlər səbr kasasını daşıram son damla olmuşdur. Suriyadan ölkəmizə qarşı edilən son terror hücumlarının mənbəyi olan bəzi yerlərə dözməyə səbrimiz qalmadı”.
Ərdoğandan sonra bu hücum barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Milli Müdafiə naziri Hulusi Akar da sərt reaksiya vermişdi. Çavuşoğlu açıqlamasında demişdi: "Göbəyimizi özümüz kəsəcəyik, lazım olanı edəcəyik".
Milli Müdafiə naziri Hulusi Akar isə "lazım olan hər şeyi zamanı və yeri gələndə edəcəklərini" vurğulamışdı. Suriya Milli Ordusunun yaydığı vərəqlər isə artıq o zamanın gəldiyini göstərir.
Onu da qeyd edək ki, “Reuters”ə açıqlama verən iki Türk yetkisi Ankaranın bu hadisə ilə bağlı ABŞ və Rusiya ilə danışıqlar apardığını bildirmiş, əgər danışıqlar mənfi nəticələnərsə hərbi əməliyyat planlaşdırıldığını bildirmişdi. Görünən budur ki, Türkiyə danışıqlardan istədiyi nəticəni ala bilməyib və hərbi əməliyyat keçirməyə qərar verib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar