Xəbər lenti

 
Latviya prezidenti Egil Levits dövlət məmurlarını rus dilini əmək bazarından çıxarmağa və bunun üzərində yorulmadan çalışmağa çağırıb.
 
Ovqat.com-un məlumatına görə, Levits mətbuata verdiyi açıqlamada ölkədə rus dilinin geniş yayılması Latviya ciddi problem adlandırıb. 
 
Müstəqilliyimizin bərpasından otuz il keçməsinə baxmayaraq, hələ də əmək bazarımızda rus dilini bilmək tələb olunur. Bu problem dövlət tərəfindən həll edilməlidir və dövlət qorxaq olmamalıdır", - Latviya prezidenti belə deyib.
 
Prezidentin fikrincə, Latviyanın bir dövlət dili var və milliyyətindən asılı olmayaraq bütün vətəndaşları üçün latış dili ümumi ünsiyyət vasitəsi olmalıdır.
 
"Rusca digər dillər kimi Latviya xalqına yaddır. Qanuni olaraq işə götürülənlərdən bu dili bilməyi tələb etmək onların yalnız xarici ölkə ilə əlaqəli vəzifələrdə çalışacaqları təqdirdə mümkündür. İş axtaran bir adamdan rus dilini bilməyi lazım olmadığı yerdə tələb etmək doğru deyil. Bu, latviyalılara qarşı öz torpaqlarında ayrı-seçkilikdir və qəbul edilə bilməzdir”, - Levits belə deyib. 
 
Rus dilini "sovet işğalının mirası" adlandıran Levitsin fikrincə, son illərdə Qərbi Avropada yaşamaq üçün getmiş yüz minlərlə gənc öz vətənlərinə qayıtmaq istəyir, iş yerlərində rusca bilgisinin tələb olunması bu prosesin qarşısını alır: "Bu Sovet irsinə son qoymalıyıq, çünki əks halda xaricdən qayıdan həmvətənlərimiz və gənclər əmək bazarından kənarda qalacaqlar".
 
Qeyd edək ki, Latviyanın 2 milyona yaxın əhalisi var və onların təxminən 35%-i rusdillidir. 


Ana səhifəyə qayıt        Baxış: 5 539          Tarix: 18-10-2021, 15:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma