Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
Suriyanın şimalında vəziyyət gərgin olaraq qalır.
Ovqat.com-un məlumatına görə, Türkiyənin nəzarətində olan Afrin bölgəsində yerləşən Suriya Milli Ordusu hərbi əməliyyatlara başlamaq üçün son hazırlıqlarını tamamlayıb. Artıq hər kəs hərəkətə keçmək üçün əmr gözləyir.
Bildirilir ki, hər an başlanacağı gözlənilən hərbi əməliyyatların əməliyyatların hədəfi Əyn əl-Ərəb (Kobani), Şehba və Qamışlı bölgəsini PKK/YPG ünsürlərindən təmizləməkdir.
AFP-yə açıqlama verən Suriya Milli Ordusunun komandirlərdən Hüseyn Əhməd Əbu Əli də faktı təsdiqləyərək Türkiyə ilə birgə əməliyyata hazırlaşdıqlarını və ilk mərhələdə Afrinin Basuta kəndindən Qamışlıya qədər olan əraziyə nəzarət etmək istədiklərini bildirib: “Qardaş Türkiyə dövlətinin dəstəyi ilə əməliyyata başlamaq üçün hərbi, psixoloji və maddi-texniki hazırlıqlarımızı tamamladıq. Biz Qamışlıya qədər olan əraziləri azad etmək istəyirik”.
Bölgədəki separatçı kürd qaynaqları da hər an hücum təhlükəsi ilə qarşı-qarşıya olduqlarını gizlətməyiblər. İddialara görə, ABŞ-ın bölgədəki hərbi qüvvələri PKK/YPG rəhbərliyinə Türkiyə hücuma başlayarsa, kürd separatçılarına heç bir dəstək verməyəcəklərinə dair mesajlar göndərib. Separatçılar da məhz bu mesajdan sonra Rusiya və Suriya ordusunun himayəsinə sığınıblar. “Suriya Demokratik Qüvvələri (DSG) və Suriya Demokratik Şurası (PKK/YPG ünsürləri özlərini belə adlandırır) Türkiyə və ona bağlı silahlı təşkilatların yeni hücumlarının qarşısını almaq üçün bölgədəki Rusiya və Suriya hökumət qüvvələri ilə koordinasiyada işləyir”, - separatçıların dünən axşam yaydıqları məlumatda belə deyilir.
İddialara inansaq, Rusiya döyüş təyyarələri Suriya ordusu qüvvələri ilə birlikdə dünən Türkiyənin nəzarətindəki Tel Abyat bölgəsində hava təlimləri keçirib. Yerli mənbələrin verdiyi məlumata görə, Rusiya hərbi helikopterləri və döyüş təyyarələri Suriya hökumət qüvvələri ilə birlikdə Tel-Abyat kəndləri üzərində hərbi manevrlər başlayıb. Təlimdə üç Rusiya döyüş təyyarəsi və iki hərbi helikopter iştirak edib. Türkiyənin hərbi postları yaxınlığında keçirilən təlimdə müxtəlif mərmi və toplardan da istifadə olunub.
Suriya ordusunun Tabqadan Ayn İsa bölgəsinə 150-yə yaxın əsgər göndərdiyi də gələn məlumatlar arasındadır.
Bir başqa məlumatda Türkiyə dronlarının Afrin və Şehba bölgələri üzərində uçuşlar həyata keçirdiyi bildirilir. Qaynaqların iddiasına görə, Türkiyənin silahlı dronları Suriyaya məxsus bəzi obyektləri vurub.
“Əyn əl-Ərəb kəndində yerləşən Rusiya hərbi bazası Türkiyə hərbçilərinin hücumuna məruz qalıb. Hücumun kürd birləşmələrinə qarşı yönəldiyi məlumdur, lakin türk qoşunları onların Rusiya müşahidə məntəqəsindən cəmi bir neçə yüz metr aralıda yerləşməsinə məhəl qoymayıblar”, - «South Front” nəşrinin məlumatında bildirilir.
Nəşrin iddiasına görə, Rusiya hərbi bazasına yaxın ərazidə endirilən zərbələr zamanı Suriya ordusunun 2 əsgəri həlak olub.
Bəzi mənbələr Suriya ordusuna zərbələrin “Bayraktar TB2”, bəziləri isə “ANKA-S” silahlı qronları vasitəsilə endirildiyini xəbər verir.
Rusiyanın Qamışlıdakı hərbi aeroport 20 ədəd hərbi təyyarə göndərdiyi bildirilsə də, fakt öz təsdiqini tapmır. Dünən Türkiyə Silahlı Qüvvələri bu məlumatı təkzib edərək, bəzi rus təyyarələrinin həmin aeroporta endiyini, daha sonra isə uçub getdiyini açıqlayıb.
«South Frontun iddiasına inansaq, Türkiyə Silahlı Qüvvələri hava kəşfiyyatı əməliyyatlarına yeni yox, 4 gündür ki, başlayıb. Əməliyyatların kiçik miqyaslı olması və kəşfiyyat xarakteri daşıması onu göstərir ki, TSQ hələ “nəbz yoxlayır”. Müşahidəçilərin fikrincə, geniş miqyaslı əməliyyatlara da hər an start verilə bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar