Xəbər lenti
Bu gün, 20:17
Bu gün, 19:12
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
Xocalı hərbi canisi Serjik Sərkisyana döşündən zəhərli süd verən qadın, yəni anası öldü. 93 yaşında. Xankəndində. Keçən il arvadı Rita koronadan dünyasını dəyişmişdi.
Sabah - noyabrın 8-də Nora Sərkisyan basdırılacaq. Azərbaycan torpağında, Qarabağda. Amma təkcə elə Xocalı qətliamında birbaşa iştirak edən və britaniyalı konfliktoloq Tomas de Vaala müsahibəsində buna publik şəkildə, həyasızcasına haqq qazandıran bir ikiayaqlı vəhşini dünyaya gətirdiyi üçün Noranın bizim torpaqda uyumağa haqqı yoxdur. Çünki kim nə deyir-desin, insanın yırtıcı kimi yox, insan kimi böyüməsində ana südü, ana tərbiyəsi həlledici rol oynayır.
Demək ki, Xocalıya görə, xalqımız əleyhinə Sərkisyan-Köçəryan cütlüyünün törətdiyi digər qandonduran bütün cinayətlərə görə Nora Sərkisyan da cavabdehdir. İnşallah, heç olmasa, haqq dünyasında bunun cavabını verər, öz payına düşən cəzanı alar. Zira, heç bir normal ana başqa anaların ölümünü, ağlar qalmasını istəməz.
Nora isə yüzdə yüz bunu oğlu Serjikə nəinki qadağan edib, əksinə, zərrəcə şəkk eləmirik, ona bacardıqca çox Türk analarını və onların övladlarını qanına qəltan eləməyi tapşırıb, bu yolda xeyir-dualar verib ona. Ümumiyyətlə, Azərbaycan xalqının da, erməni xalqının da faciələrində övladlarını Türkə nifrət hissi ilə böyüdən erməni anaları 1 nömrəli günahkarlardır!..
Əfsus ki, sabah torpağımız belələrindın biri ilə – Noranın cəsədi ilə murdarlanacaq. Ancaq 8 noyabr Azərbaycanda Böyük Zəfər Günüdür. Yəni Serjik yas içində olanda biz müqəddəs bayramımızı, Qələbəmizin birinci ildönümünü qeyd edəcəyik. Bu da Sərkisyana başqa bir özünəməxsus, lap elə ilahi cəzadır.
Hərçənd, Serjiki Allah adamı, xristian saymaq yanlış olar. Belə cəlladların allahı olmur. Hər boynundan xaç asan xristian deyil ki. “Xocalı hadisələrinədək azərbaycanlılar elə bilirdilər biz uşaqlara, qadınlara əl qaldırmarıq, amma yanıldılar” deyən belə məxluqların dini, imanı olmaz. İnancları isə batil olar.
Amma Serjik adlı bu itin hələ bir qədər də nəfəs almasını istərdik. İlahi ədalətin tam təntənəsi üçün. Nə bilmək olar, bu gün-sabah Xankəndində olacaq Xocalı canisi tezliklə Azərbaycan türməsinin “layiqli” sakininə də çevrilə bilər. Hər necə olmasa, bizim vətəndaş sayılır...
Dəqiqi budur ki, Qarabağdakı möhtəşəm quruculuq və bərpa işlərini görən Serjikin balaca ürəyi çox tab gətirə bilməyəcək. Ana itkisi nədir ki. Onu qabaqda daha dəhşətli günlər gözləyir: viran qoyduqları Qarabağı Azərbaycan xalqının qısa zamanda gülüstana çevirməsi. Buna isə nə o, nə də ümumən Qarabağ klanı dözəcək.
Bizcə, bu Serjikə həbsxana həyatından da betər cəza olacaq! Təbii ki, o günədək sağ qalsa, öldürülməsə...
Zahid SƏFƏROĞLU (musavat.com)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar