Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
Belarus hakimiyyətinin Avropanı miqrant silahı ilə təhdidləri davam edir.
Ovqat.com xəbər verir ki, Belarusda mütəşəkkil miqrant kolonunun Polşa sərhədinə doğru hərəkətə keçdiyi bildirilir.
Bu gün internet üzərindən canlı yayımlanan videoda yüzlərlə miqrantdan ibarət mütəşəkkil izdihamın Belarus ərazisindən keçərək Polşaya doğru hərəkət etməsi öz əksini tapıb.
]
Videodan aydın görünür ki, miqrant yürüşünü heç kim müşayiət etmir, ətrafda hüquq-mühafizə orqanlarının nümayəndələri də yoxdur. Miqrantlar arasında çoxlu sayda qadın və uşaqlar yer alır.
Miqrant yürüşünün keçirildiyini Belarus Dövlət Sərhəd Komitəsi də təsdiqləyib. Komitənin məlumatına görə, “hazırda böyük bir qrup qaçqın öz əşyaları ilə Polşa ilə sərhədə gedən yol boyu hərəkət edir”.
Belarus Dövlət Sərhəd Komitəsinin fikrincə, Polşa hakimiyyətinin laqeydliyi və qeyri-insani münasibəti qaçqınları belə ümidsizlik addımı atmağa sövq edib: “Belarus tərəfi beynəlxalq rabitə kanallarının rəvan işləməsini, habelə yürüşə qatılan insanların təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görür”.
Bildirildiyinə görə, Belarus sərhədçiləri anidən peyda olaraq, guya miqrant yürüşünün qarşısını kəsib və qaçqınları sərhəd-keçid məntəqəsinə buraxmayıblar. Miqrantlar isə yolu tərk edərək meşəyə üz tutublar.
Xatırladaq ki, Minsk Avropa İttifaqına daxil olmaq istəyən qanunsuz miqrant axınının qarşısını almaqdan imtina edib. Nəticədə Belarus və Aİ sərhədində miqrasiya böhranı başlayıb. Brüssel Minski Avropa İttifaqı qarşısında süni şəkildə problem yaratmaqda, o cümlədən qaçqınların qitə sərhədlərinə çatdırılmasını təşkil etməkdə günahlandırır. Belarus hakimiyyəti baş verənlərdə öz iştirakını inkar edir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar