Xəbər lenti

 
Rusiya Müdafiə Nazirliyi də Qara dənizdə küncə sıxışdırıldıqlarını etiraf edib.
 
Ovqat.com
-un məlumatına görə, Nazirliyin bu gün yayımladığı rəsmi bəyanatda bunun sübutu kimi ABŞ-ın son zamanlar Qara dənizə, idarəolunan raket silahı təchiz edilmiş “Porter” hərbi gəmisinin, “John Lenthall” tankerinin və 6-cı Donanmanın flaqman gəmisi “Mount Beyneyini”nin Qara dənizdə peyda olmasını göstərir.
 
“Rusiya sərhədinin bilavasitə yaxınlığında silahlı qüvvələrin çoxmillətli qruplaşması yaradılır”, - bəyanatda deyilir.

https://t.me/ovqatcom/14789
 
Rusiya Müdafiə Nazirliyi hesab edir ki, ABŞ-ın məqsədlərindən biri "Ukrayna ərazisinin hərbi baxımdan mənimsənilməsi"dir. Bolqarıstanın, Gürcüstanın, Rumıniyanın, Türkiyənin və Ukrayna Silahlı Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər isə nazirlikfə Rusiyanın cənub-şərq sərhədlərində Ukraynanın ərazi problemini güc yolu ilə həllinə hazırlaşması kimi qəbul olunub. Nazirliyin fikrincə, ABŞ hərb təyyarələrinin və gəmilərinin Qara dənizdə fəaliyyəti hərbi əməliyyatlar zamanı nəzərdə tutulan ssenarinin tamaşasının öyrənilməsi"nə hesablanıb.
 
Rusiya Müdafiə Nazirliyinin rəsmi bəyanatından belə anlaşılır ki, Ukrayna NATO ölkələrinin nəzarəti altında genişmiqyaslı əməliyyatlara hazırlaşır.


Ana səhifəyə qayıt        Baxış: 6 094          Tarix: 10-11-2021, 16:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma