Xəbər lenti
Dünən, 23:30
Dünən, 21:55
Dünən, 21:12
Dünən, 15:47
Dünən, 09:19
3-12-2025, 23:05
3-12-2025, 22:47
3-12-2025, 21:59
3-12-2025, 19:45
3-12-2025, 18:38
3-12-2025, 16:18

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Entoni Blinken iki ölkə arasında yenilənmiş Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıblar.
Ovqat.com-un məlumatına görə, yeni xartiya 2008-ci ildə imzalanmış eyni adlı sənədlə müqayisədə mühüm dəyişiklikləri nəzərdə tutur.
Dəyişikliklər əsasən bundan ibarətdir:
- Birləşmiş Ştatlar Krım da daxil olmaqla, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
- Ukrayna müdafiə qabiliyyətini və enerji təhlükəsizliyini gücləndirmək üçün ABŞ ilə qarşılıqlı fəaliyyəti genişləndirir.
- ABŞ Ukraynanın Aİ-yə və NATO-ya tam üzvlüyünü dəstəkləyir.
- ABŞ öz sərmayələri hesabına Ukrayna iqtisadiyyatının transformasiyası planını dəstəkləyir.
- Ukrayna aşağıdakı islahatları aparmaq barədə öz üzərinə öhdəlik götürür: ədalət məhkəməsi sistemində dəyişikliklər, antikorrupsiya orqanlarının yaradılması, torpaq islahatı, mərkəzsizləşdirilmiş idarəetmə sisteminə keçiş, rəqəmsallaşma və de-oliqarxizasiya.
Qeyd edək ki, Qərbə tam inteqrasiya üçün Azərbaycandan da bənzər islahatlar tələb oluna bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar




























