Xəbər lenti

 
 
Qazaxıstanın Jambil vilayətinin Korday rayonunun Qvardeyski kəndində təhlükəli və yüksək təhlükəli virus ştammları üçün bioloji təhlükəsizlik səviyyəsi yüksəldilmiş elmi laboratoriya və yeraltı anbarlar tikilir. 
 
Ovqat.com-un məlumatına görə, bu barədə xəbər noyabrın 5-də Qazaxıstan hökumətinin rəsmi saytında yer alıb.
 
Bildirilir ki, tikintinin başa çatma tarixi 2025-ci ilin IV rübü üçün nəzərdə tutulub. Obyekt BSL-4 (Biosafety Level 4) kodu ilə fəaliyyət göstərəcək, bu da bioloji təhlükəsizliyin dördüncü səviyyəsini bildirir. Alimlərin fikrincə, BSL-4 səviyyəsi laboratoriya tərəfindən tədqiq edilən virusların yüksək fərdi və sosial riskini ifadə edir və bu virusların əksəriyyətinə qarşı effektiv tədbirlər mövcud deyil.
 
Maraqlıdır ki, bu labaratoriya Qazaxıstanda ABŞ tərəfindən inşası edilən ilk bioloji tədqiqat mərkəzi də deyil. Hazırda Alma-Atıda, Aikimbaev adına Xüsusi Təhlükəli İnfeksiyalar üzrə Milli Elmi Mərkəzində Pentaqonun vəsaiti ilə tikilmiş Mərkəzi Referans Laboratoriyası və xüsusilə təhlükəli yoluxucu patogenlər anbarı mövcuddur. Qazaxıstanda bu labaratoriyaların bioloji silahların hazırlanması üzərində işləməsi ilə bağlı təkliflər var. Bunu, xüsusən də Qazaxıstan müdafiə nazirinin keçmiş müavini Amirbek Toqusov təklif edir.


 
Alma-Atıdakı laboratoriyanın inşasının Amerika hərbi idarəsi tərəfindən maliyyələşdirilməsi faktını müəssisənin direktoru Baxit Atşabar da etiraf etdi. Baxmayaraq ki, o, həmin labaratoriyada bioloji silahların hazırlandığı faktını təsdiqləmir.
 
Alma-Atıdakı Mərkəzi Referans Laboratoriyasında amerikalı mütəxəssislərin işlədikləri bildirilir. Qazaxıstan tərəfi açıq şəkildə Pentaqonun biomühəndisləri ilə sıx əməkdaşlıq etdiklərini bəyan edirlər və hətta ona Mərkəzi Referans Laboratoriyasının inkişafına əvəzsiz töhfə verdiyinə görə minnətdarlıq bildirirlər.
 
O da məlumdur ki, Qazaxıstandakı bio-labaratoriyalara ABŞ-ın Qazaxıstandakı səfirliyi nəzdindəki Amerika Müdafiə Nazirliyi yanında Bioloji Təhlükələrin Azaldılması Agentliyinin (DTRA) filialı nəzarət edir. Filialın rəhbəri ABŞ polkovnik-leytenantı Stiven Kalderdir.
 
Vurğulanır ki, Ala-Amatı laboratoriyası 3-cü bioloji təhlükə dərəcəsinə malikdir. Jambil bölgəsində tikilməkdə olan laboratoriya isə daha yüksək 4-cü səviyyəyə sahib olacaq.


 
Bir sözlə, yeni yaranmaqda olan Türk Birliyinin aparıcı ölkələrindən sayılan Qazaxıstan gələcək ittifaqın strateji silahlar anbarına çevrilməkdədir. Nəzərə alsaq ki, Qazaxıstan həm də dünyanın ən böyük uran yataqlarına malik ölkəsidir və hər il bu ölkədə 20 min tondan artıq uran çıxarılır, onun hərbi-strateji silah istehsalçısına çevrilməsi gələcəkdə nüvə dövlətinə çevrilməsinə də zəmin yarada bilər. Əslində artıq Qazaxıstanda bu istiqamətdə ciddi addımlar da atılır. Belə ki, nüvə yanacağı istehsalı ilə məşğul olan dünyanın ən böyük müəssisəsi Qazaxıstanda yerləşir. “Kazatomprom” adlı bu dövlət şirkəti enerji və yanacaq əldə etmək üçün uran, berilyum, tantal və niobium kimi nadir metalların və elementlərin kəşfiyyatı və istehsalı kimi fəaliyyətlərlə məşğul olur. Müəssisə hazırda ABŞ, Kanada, Çin, Cənubi Koreya, Yaponiya və Avropa İttifaqı ölkələrinə uran yanacağı ixrac edir. 1997-ci ildə yaradılan “Kazatomprom”un baş qərargahı Qazaxıstanın Nur-Sultan şəhərində yerləşir və müəssisə 2010-cu ildən etibarən təbii uran istehsalında dünya lideridir. 


 
Ehtimal edilir ki, Qazaxıstanın bu potensialı və müstəqillikdən sonra ölkədə qurulan hərbi-strateji müəssisələr ölkəni Türk dünyasının əsas çəkindirici gücü halına gətirəcək. Turan İttifaqı təklifinin ilk dəfə Qazaxıstan tərəfindən irəli sürülməsi də bu kontektsdə təəccüblü görünmür.
 


Ana səhifəyə qayıt        Baxış: 6 292          Tarix: 14-11-2021, 12:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma