Xəbər lenti

pravda.ru, 17.09.2018

 

ABŞ Rusiyanın qonşularında bakerioloji silah yaratmaq üçün sınaqlar aparır – Gürcüstanın keçmiş dövlət təhlükəsizlik naziri İqor Georqadze bu nəticəyə gəlib. Onun sərəncamında məxfi laboratoriyanın fəaliyyəti haqda bəyanatı təsdiqləyən, bir neçə il boyunca toplanmış sənədlər var. İqor Georqadze sənədləri açıq əlçatanlıq üçün dərc etdiyi “Грузия: вчера, сегодня, завтра” saytını yaradıb. Keçmiş nazir sənədlərin qaynağını göstərmir.

“İctimai sağlamlığın araşdırılması üçün Luqara mərkəzi”nin laboratoriyası Tiflisin yaxınlığında yerləşir, 2011-də tikilib. Bina adi fabriki xatırladır, amma keçmiş nazirin sözlərinə görə, bura, inkişafına Pentaqonun, təxminən, 300 milyon $ ayırdığı hərbi obyektdir.

İqor Georqadze hesab edir ki, laboratoriya, əleyhinə hələ mübarizə üsullarının olmadığı virusların yeni ştammlarının hazırlanmasıyla məşğul olur. Bundan başqa, texnologiya yerli əhali üzərində sınaqdan keçirilir.

“Belə sınaqların tam bir silsiləsi mənim həmvətənlərim üçün letal nətricəylə başa çatıb. Məndə Luqara laboratoriyasının mütəxəssislərinin hepatit C-dən müalicə etdikləri və ölən 30 şəxsin siyahısı var. Diqqəti buna yönəltmək istəyirəm ki, bunlar ancaq 2015-ci ilin dekabrına olan məlumatlardır. Özü də, sənədlərə əsasən, 30 nəfərdən 24-ü bir gündə ölmüş hesab olunur. “Ölümün səbəbi” xanasında qeyd edilib: “Məlum deyil”. Onların ölüm səbəbi üzrə heç bir araşdırma aparılmayıb”, – deyə İqor Georqadze öz nəzəriyyəsinin doğruluğunu sübut edir.

2011-ci ildə laboratoriya inşa ediləndən sonra mal-qarada izaholunmaz epidemiya başlanıb, heyvanlar daha çox Afrika taununa tutulub. Müxtəlif KİV qaynaqlarının məlumatına əsasən, hadisələr Gürcüstan, Qafqaz, Moldova, Polşa, Baltikyanı və Rusiyada qeydə alınıb.

ABŞ keçmiş SSRİ-nin bir çox ölkələrində – Ukrayna, Moldova, Gürcüstan, Özbəkistan, Azərbaycan, Qazaxıstan və başqalarında biomərkəzlər açıb.

BMT-nin kimyəvi və bioloji silahlar üzrə komissiyasının keçmiş üzvü İqor Nikulin deyir: “Ukraynada ümumən bu cür 15 mərkəz var. Onlar praktik olaraq vilayət mərkəzlərinin hamısında yerləşib”.

O, əlavə edir ki, ABŞ keçmiş SSRİ-nmin institutlarına və uyğun olaraq  kimyəvi və bnioloji silah hazırlanması sahəsindəki çalışmalara, o cümlədən “Biodərman” sistemlərinin ştammlarına çıxış əldə edib.

Pravda.ru ABŞ-ın Rusiya sərhədlərinin yanında bioloji silahla yasaqlanmış sınaqlar keçirdiyi haqda İqor Nikulinin ekspert rəyini əvvəllər dərc edib.

Tərcümə Strateq.az-ındır.

 




Ana səhifəyə qayıt        Baxış: 472          Tarix: 17-09-2018, 17:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma