Xəbər lenti
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
Azərbaycan Silahlı Qüvvələri ağır texnikalardan istifadə edərək Basarkeçər vilayətinin Cermux rayonu istiqamətində bir neçə km irəliləyib.
Ovqat.com xəbər verir ki, məlumatı erməni müxalif qaynaqları yayıb.
İddiaya görə, erməni tərəfi rus “sülhməramlı”larına müraciət etmək məcburiyyətində qalıb. Rusların işə qarışmasına baxmayaraq, vəziyyət gərgin olaraq qalır.
Ermənistan Müdafiə Nazirliyi də bu gün saat 13-də ölkənin şərq sərhədlərində intensiv atışmaların getdiyini bildirsə də, əsgərlərimizin mövqe ələ keçirməsini təkzib edib.
“Noyabrın 14-də saat 13:00 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin şərq istiqamətində mövqe hücumunu həyata keçirməyə cəhd göstərib. İntensiv atışma başlayıb. Erməni əsgərləri düşmənin ərazidə mövqe tutmaq cəhdlərinin qarşısını alıblar. Vəziyyət gərgin olaraq qalır. Hazırda vəziyyətin həlli üçün Rusiya tərəfinin vasitəçiliyi ilə danışıqlar aparılır. Erməni tərəfdən itki yoxdur”, - Ermənistan Müdafiə Nazirliyinin rəsmi açıqlamasında belə deyilir.
Bəzi erməni mənbələri hücumun YAŞMA xüsusi təyinatlıları tərəfindən edildiyini irəli sürürlər.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, həmin ərazidə dünən axşamdan bu gün səhər saatlarına qədər də intensiv atışmalar baş verib: “Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub.
Eyni zamanda, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd yaşayış məntəqəsi tərəfdən bölmələrimizin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub.
Qarşı tərəfin təxribatlarının, həmçinin döyüş mövqelərinin gücləndirilməsi məqsədilə apardıqları mühəndis işlərinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülüb.
Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar