Xəbər lenti

 
Lukaşenko deyəsən miqrant tamaşasına son qoymağa qərar verib. Onun Şimali İraqdan gətirdiyi miqrantları təədricən ölkələrinə geri göndərəcəyi xəbər verilir.
 
Ovqat.com-un məlumatına görə, ilk miqrant qəfiləsinin artıq İraqa yola salındığı bildirilir.
 
Məlumatı İraq Nəqliyyat Nazirliyi də təsdiqləyib. Nazirliyin məlumatına görə, Minskdən uçan iraqlı miqrantların olduğu təyyarə artıq Ərbil hava limanına enib.
 
Qeyd edək ki, miqrant kartından Aİ-yə təzyiq kimi istifadə edən  Lukaşenko Aİ-nin Belarusa qarşı sanksiyalarını dayandırmağı tələb edirdi. İddialara inansaq, Almaniya kansleri Angela Merkelin təşəbbüsü ilə sanksiya qərarının təxirə salınması istiqamətində danışıqlar aparılır.


Ana səhifəyə qayıt        Baxış: 4 300          Tarix: 18-11-2021, 20:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma