Xəbər lenti

 
 
“Biz Türkiyədən dialoqun bərpası üçün müsbət siqnallar almışıq, lakin münasibətlərin tənzimlənməsində çətinliklər hələ qalır. Ankara yeni şərtlər təklif edir. Onların arasında Azərbaycanla Naxçıvanı birləşdirən dəhliz də var. Bu təklif ümumiyyətlə, müzakirə mövzusu ola bilməz. Dövlətlər öz əraziləri üzərində suverenliyini qoruyaraq tranzitə icazə verə bilərlər. Bölgədəki bütün kommunikasiyalar bu prinsipə söykənərək yenidən açılmalıdır”.
 
Ovqat.com xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan Fransanın nüfuzlu “Fiqaro” qəzetinə müsahibəsində deyib.
 
Noyabrın 11-də Fransaya səfəri zamanı bu müsahibəni verən Mirzoyan qeyd edib ki, Türkiyənin Azərbaycana verdiyi böyük dəstəyə baxmayaraq, İrəvan onunla ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazırdır. Di gəl ki, Türkiyə müxtəlif şərtlər irəli sürərək onu yaxına buraxmaq istəmir. 
 
Xatırladaq ki, Paşinyan ötən yay aylarında həqiqətən də Ankaraya bu cür mesaj göndərmiş, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan isə açıq efir vasitəsilə ona cavab verərək ilk əvvəl Azərbaycanla dil tapmasını, sonra bu xəyallara düşməsini məsləhət görmüşdü. Görünür, Ararat Mirzoyan həmin rədd cavabını nəzərdə tutaraq Ankaranın onlar qarşısında bəzi şərtlər qoyduğunu bildirib.
 
Müsahibəsində Rusiyanın proseslərə müdaxiləsi üzərində də dayanan Mirzoyan xatırladıb ki, bu ölkə ATƏT-in Minsk qrupunun üzvüdür. Rusiyanın ötən ilki hərbi əməliyyatların 44-cü günündə müharibəni dayandıra bildiyini qeyd edən erməni nazirin fikrincə, “Azərbaycanın vaxtaşırı atəşkəs rejimini pozması” rus sülhməramlılarının reputasiyasına qarşı yönəlib.


Ana səhifəyə qayıt        Baxış: 6 478          Tarix: 21-11-2021, 07:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma