Xəbər lenti

 
Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə dialoqa hazır olduğunu açıqlayıb.
 
Ovqat.com
xəbər verir ki, Ermənistan XİN-in dialoq üçün bircə şərti var: “Heç bir ilkin şərt irəli sürülməsin”.
 
Açıqlamada eyni zamanda vurğulanır ki, hazırda İrəvanla Ankara arasında heç bir təmas yoxdur.
 
İrəvanın danışıqlarda heç bir “ilkin şərt”in olmamasını arzulaması, görünür, Türkiyəyə qarşı irəli sürdüyü ərazi iddialarını Konstitusiyadan çıxarmaq istəməməsindən qaynaqlanır. İrəvan deyəsən anlamaq istəmir ki, ərazi iddiası irəli sürdüyün dövlətlərlə danışıqların “olmazsa olmaz”ları var və bunlar əslində “ilkin şərtlər” də deyil. İstənilən tərəflə danışıqlara başlayırsansa onun dövlət kimi ərazi bütövlüyünü və suverenliyini tanımaq məcburiyyətindəsən. Bununla razılaşmadan ən həlledici anda qurduğun bütün əlaqələr məhv olmağa məhkumdur.


Ana səhifəyə qayıt        Baxış: 4 973          Tarix: 24-04-2021, 11:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma