Xəbər lenti
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
21-12-2024, 17:21
21-12-2024, 17:00
21-12-2024, 14:22
21-12-2024, 13:41
21-12-2024, 12:35
Gürcüstanın sabiq prezidenti Mixail Şaakaşvili ABŞ prezidenti Co Baydenə açıq məktub yazıb.
Ovqat.com-un məlumatına görə, ABŞ-ın məşhur nəşrlərindən olan “Politico”da dərc olunan açıq məktubda Vaşinqtonu Gürcüstanda proseslərə laqeyd yanaşmaqda qınayan Saakaşvili hazırkı gürcü hökumətini Rusiya və İranla flört etməkdə, nəticədə ölkənin NATO-ya inteqrasiyasını ləngitməkdə ittiham edir.
Məktubda həmçinin necə həbs olunduğunun detalları üzərində dayanan Saakaşvili bildirib ki, səkkiz il vətənindən kənarda yaşadıqdan sonra Gürcüstana qayıdıb. Baxmayaraq ki, Qərb tərəfdaşları ona belə bir addımın ölkədə sabitliyin pozulmasına və sosial iğtişaşlara gətirib çıxaracağı barədə dəfələrlə xəbərdarlıq ediblər. O isə seçkilərin saxtalaşdırıldığı Gürcüstandakı demokratik qüvvələri dəstəkləmək üçün sözügedən addımı atdığını vurğulayıb: “Bir neçə il ölkəni tərk etdikdən sonra bu payızda Gürcüstana qayıtdım, böyük ehtimalla, həbs olunacağımı bilirdim. Ümid edirdim ki, ötən ay keçirilən seçkilərdən sonra minlərlə gürcüsünün küçələrdə etiraz aksiyası keçirməsi ilə əlaqədar buradakı narahatedici vəziyyətə diqqət çəkəcəyəm”.
Baydenə 2009-cu ildə Tbilisiyə səfərini xatırladan müəllif hazırda gürcü demokratiyasının məhv olma təhlükəsi ilə üz-üzə qaldığını bildirib və Vaşinqtonun bu məsələyə laqeyd qalmamağa çağırıb:
“Bu gün mən Bayden administrasiyanı ciddi təhlükə altında olan gənc demokratiyamıza dəstək vermək üçün üzərinə düşəni etməyə çağırıram. Baydenin demokratiyanı avtokratiya üzərində gücləndirmək məqsədini nəzərə alaraq, ümid edirəm ki, o, Gürcüstan hökumətin, əldə etmək üçün çox çalışdığımız azadlıqları pozduğuna görə qınayacaq”.
Gürcüstanda “azadlığın aşındığını”, məhkəmələr üzərində nəzarət mexanizminin qurulduğunu, klan sisteminin və korrupsiyanın inkişaf etdiyini bildirən Saakaşvili ABŞ-ı bu ölkədə insan haqlarını pozan şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdən keçirməyə çağırıb. Eks-prezident həmçinin Bayden administrasiyasını Tbilisiyə göndərilmiş Demokratiya Sammitinə dəvət məktubunu geri götürməyə dəvət edib. Onun fikrincə, bu dəvət Gürcüstan xalqına və hökumətinə “yanlış mesajlar” verir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar