Xəbər lenti
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
21-12-2024, 17:21
21-12-2024, 17:00
21-12-2024, 14:22
21-12-2024, 13:41
21-12-2024, 12:35
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ölkəni tərk etməsinə qadağa qoyulub. Belə ki, ona qarşı xüsusilə iri məbləğdə rüşvət alma maddəsilə ittiham irəli sürülüb. Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Müvafiq qətimkan tədbirinin iltizam əsasında məhkəmə tərəfindən seçildiyi bildirilib.
Qeyd edək ki, Ermənistanın üçüncü prezidenti olmuş Sarkisyan gönorta saatlarında Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb. O, təqsirləndirilən şəxs qismində dindirilib.
Onun vəkili Amram Makinyanın sözlərinə görə, Sarkisyan prezident olduğu dövrdə sahibkar Silva Ambartsumyandan rüşvət alınması işi ilə bağlı ifadə verib.
Vəkil qeyd edib ki, Sarkisyan Silva Ambartsumyanın ifadəsinə əsaslanaraq, artıq iki il əvvəl şahid qismində dindirilib.
Xatırladaq ki, Ambartsumyanın ifadəsi əsasında keçmiş prezident Robert Koçaryana qarşı da ittiham irəli sürülüb.
2021-ci ilin aprelində İrəvan məhkəməsi Koçaryana, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana, Baş Qərargahın keçmiş rəisinə, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturova, Ermənistan Prezident aparatının keçmiş rəhbərinə, Baş nazirin keçmiş müavini Armen Gevorkyana qarşı “konstitusiya quruluşunu devirmə” maddəsi ilə cinayət təqibinə xitam verib.
Eyni zamanda, məhkəmə Koçaryan və Gevorkyanın ittiham olunduğu “rüşvət alma” maddəsi ilə cinayət işinə baxmağı davam etdirir. Sahibkar Silva Ambartsumyan Koçaryanı 2008-ci ildə 3 milyon dollar məbləğində rüşvət almaqda ittiham edib.(“Sputnik Armenia”)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar