Xəbər lenti
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
21-12-2024, 17:21
21-12-2024, 17:00
21-12-2024, 14:22
21-12-2024, 13:41
21-12-2024, 12:35
Bu gün Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin işi üzrə növbəti – dördüncü məhkəmə dinləməsi keçiriləcək.
“Report”un yerli bürosu xəbər verir ki, proses saat 11:00-da başlayacaq.
Məhkəmə işi 2007-ci ilin noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması və “İmedi” teleşirkətinə hücumla bağlıdır. Sabiq dövlət başçısı iş üzrə müttəhim bilinir.
Müxalif Vahid Milli Hərəkat Partiyası məhkəmə binası qarşısında eyni vaxtda mitinq təyin edib. Partiyada ümid edirlər ki, M.Saakaşviliyə prosesdə iştirak etməyə icazə veriləcək.
Siyasətçinin iclasa gətirilib-gətirilməyəcəyi hələ məlum deyil. Həkimlərin rəyinə əsasən, o, prosesdə iştirak edə bilər.
Qeyd edək ki, M.Saakaşvili bundan öncə keçirilən məhkəmə iclaslarına gətirilməyib. O, proseslərdə distant iştirak təklifini qəbul etməyib.
Xatırladaq ki, Gürcüstanın eks-prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar