Xəbər lenti


"Mən İlham Əliyevin müharibə zamanı Gürcüstana nə etdiyini deyəcəm. Neft və benzinlə tədarük olunmağımız, həmçinin Milli Bankın tədarükü bir an belə dayanmadı. Bəli, mən Spa Resortda onunla görüşdüm. Bəli, mən bu günahı etmişəm və buna görə guya 11 il cəza çəkməliyəm. “Spa Resort”da idim, mən prosedurlardan keçirdim! Əvəzində Gürcüstanla sərhədi bağlamadılar! Gürcüstanda qazın qiymətini qoruyub saxladılar!"
 
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili məhkəmə iclasında bildirib.
 
Saakaşvilinin sözlərinə görə, dövlət pulları Abxaziya və Cənubi Osetiyanın işğalının qarşısını almaq üçün xərclənib.
 
"Biz Taylandda idik. Rusların çamadanlarla pulları gətirdikləri, Nauru və bir çox bu kimi ada dövlətlərindən tanınmalar aldıqları çox çətin bir dövr idi. Bildiyimə görə, Tuvalunun tanıması bir milyon dollara başa gəlib. Nyu-Yorkdan Soçiyə, sonra isə Suxumiyə gətirilən Tuvalunun baş nazirinə birbaşa çamadanı verdilər. Bu vəziyyətdə bizə Avstraliya hökuməti kömək edirdi. Səhv etmirəmsə, Şimali Koreyada sammit oldu və Avstraliya hökuməti bizə dedi ki, bir neçə baş naziri, nazirləri ona qədər harasa aparın, qeyri-rəsmi vəziyyətdə danışın, sizin üçün yaxşı olar. Taylandı seçdik, bu insanları gətirdik, hər birinə çox qiymətli hədiyyələr verdik, mən bunu cibimdən verə bilməzdim, mənim pulum yox idi. Bu, Abxaziya və Cənubi Osetiyanın işğalını qanuniləşdirməmək üçün Gürcüstanın, dövlətin pulu idi.  Bu, təbii ki, rusiyapərəst hökumətin xoşuna gəlmir. Bəli, bunu ilk dəfə bu gün deyirəm. Biz onları gətirdik, yedirdik, içirdik və hədiyyələr verdik!
 
2008-ci ildə İlham Əliyevlə görüşəndə, əlbətdə ki, əyləncə prosedurunda deyildim! Mən İlham Əliyevin müharibə zamanı Gürcüstana nə etdiyini deyəcəm. Neft və benzinlə tədarük olunmağımız, həmçinin Milli Bankın tədarükü bir an belə dayanmadı. Bəli, mən Spa Resort-da onunla görüşdüm. Bəli, mən bu günahı etmişəm və buna görə guya 11 il cəza çəkməliyəm. “Spa Resort”da idim, mən prosedurlardan keçirdim! Əvəzində Gürcüstanla sərhədi bağlamadılar! Gürcüstanda qazın qiymətini qoruyub saxladılar", - deyə o söyləyib.
 
Onun sözlərinə görə, "ən böyük korrupsionerlər dünyanın ən məşhur antikorrupsiya fəalını mühakimə edirlər".
 
"Korrupsiya həqiqətən ölkəni yedi! Bu gün ən böyük korrupsionerlər dünyanın ən məşhur antikorrupsiya fəalını mühakimə edirlər! Mən Ukraynanın antikorrupsiya qanunları və Avropanın ən yaxşı antikorrupsiya xidmətlərindən birindəyəm. Siz bu insanı mühakimə edirsiniz!", - Saakaşvili bildirib.


Ana səhifəyə qayıt        Baxış: 7 505          Tarix: 2-12-2021, 20:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma