Xəbər lenti
Bu gün, 09:27
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
21-12-2024, 17:21
21-12-2024, 17:00
21-12-2024, 14:22
21-12-2024, 13:41
“Mən etdiyim səhvi heç vaxt təkrarlamaram. Ordu ilə bağlı hər hansı məsələni açıq müzakirə etməkdən imtina edirəm”.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunları ölkənin baş naziri Nikol Paşinyan bu gün onlayn keçirdiyi mətbuat konfransında hansı silah və hərbi texnikanın alınması ilə bağlı sualı cavablandırarkən deyib.
Baş nazir özünümüdafiə sistemində əsaslı islahatlar mövzusunun müzakirə olunub-olunmaması ilə bağlı suala belə cavab verib: “Mən incəliklərlə bağlı məsələləri, ordu ilə bağlı konkret mövzuları müzakirə etməyəcəm və hamıya bunları açıq müzakirə etməməyi məsləhət görürəm.
Amma bizim silahlı qüvvələrlə bağlı bütün yanaşmalarımız Ermənistan Respublikası hökumətinin fəaliyyət proqramında öz əksini tapıb. Orada hər şey qeyd olunub və proseslər onun çərçivəsində baş verəcək”.
Məğlub olan yüksək rütbəli zabitlərin niyə işdən çıxarılmamasına, onların yerinə müharibədə ən yaxşı xidmətləri olanların namizəd göstərilməməsinə gəlincə, Paşinyan deyib: “Zabitlərə gəlincə, bu vacib məsələdir. Ancaq hər şeyi qarışdırmamaq üçün çox diqqətli olmalısınız. Elə hallar olub ki, hansısa komandir şöhrət qazanıb, amma sonrakı araşdırma zamanı məlum olub ki, hər şey heç də belə deyil. Yalan məlumat verən bütün şəxslər cəzalandırılıb, calandırılır və cəzalandırılacaq. Bu, gündəmdə olan çox vacib məsələdir, amma təfərrüat vermək istəmirəm”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar