Xəbər lenti

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin Qori Hərbi Hospitalından Rustavi şəhərindəki 12 saylı həbsxanaya köçürülməsi müvəqqəti olaraq təxirə salınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xüsusi Penitensiar Xidmətindən bildirilib.

Qeyd olunub ki, dekabrın 27-də sabiq dövlət başçısının müalicəsi başa çatandan sonra tibbi heyət onun hospitaldan buraxılması barədə qərar qəbul edib.

“Məhkum Mixeil Saakaşvili Xüsusi Penitensiar Xidmətinin qanuni tələbini yerinə yetirməyib və narahatlıq səbəbindən təzyiqində dalğalanmalar baş verib. Bu səbəbdən onun türməyə köçürülməsinin müvəqqəti təxirə salınmasına dair qərar qəbul olunub”, - məlumatda deyilir.

Xatırladaq ki, Gürcüstanın keçmiş Prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb.



Ana səhifəyə qayıt        Baxış: 3 278          Tarix: 28-12-2021, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma