Xəbər lenti
Bu gün, 10:33
Bu gün, 09:27
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
21-12-2024, 17:21
21-12-2024, 17:00
“Almatı vilayətində antiterror əməliyyatı davam edir, xüsusi xidmət orqanları əməliyyatın birinci mərhələsini tamamlayıblar”.
Ovqat.com xəbər verir ki, Almatı vilayət komendantı Serik Kudebayev dünən günün yekunlarına dair açıqlamasında belə deyib.
O, əhalini sakit olmağa və lüzumsuz yerə evlərini tərk etməməyə çağırıb.
Komendatın bildirdiyinə görə, şəhərin Taldıkorqa rayonunun çıxışında və girişində nəzarət-buraxılış məntəqələri qurulub. Sürücülərin şəxsiyyət vəsiqəsi və nəqliyyat vasitəsinə sahiblik hüququnu təsdiq edən sənədi olmalıdır. O vurğulayıb ki, dövlət qeydiyyat nişanı olmayan avtomobillərə qarşı sərt tədbirlər görüləcək.
"Hazırda vəziyyət nəzarət altındadır. Bütün obyektlər normal rejimdə işləyir. Sakinlərdən mövcud vəziyyəti anlayışla qarşılamalarını, sakit olmalarını və evdə qalmalarını xahiş edirik. Bir daha xəbərdarlıq edirik ki, terror təhlükəsi hələ də ən kritik "qırmızı" həddədir. Hüquq-mühafizə orqanlarının nümayəndələri qanunun tələblərinə tabe olmayanlara qarşı silahdan istifadə də daxil olmaqla qəti tədbirlər görəcəklər”, - deyə Serik Kudebayev bildirib.
Almatı əsir düşərgəsi
Almatı sakinlərindən aldığımız məlumata görə, komendant saatı elan olunandan hər axşam yerli vaxtla saat 21.30-dan başlayaraq şəhərdə sirenlər çalmağa başlayır və səsgücləndiricilər vasitəsilə əhalidən dərhal evlərinə getmələri tələb olunur. Siren səsləri saat 20.00-dən sonra da dayanmır. Almatı sakinləri indiyədək filmlərdə faşistlərin əsir düşərgələrində gördükləri səhnələri real həyatda özləri yaşayırlar. Saat 21.00-dən sonra Almatı küçələrində sözün həqiqi mənasında can bazarlığı yaşanır. 2 milonluq şəhər rus “sülhməramlı”larının gülləsinə tuş gəlməmək üçün evlərinə qaçışır.
Almatının hava “nəfəsliyi” də bağlıdır
Almatı hava limanının qeyri-müəyyən vaxta qədər bağlandığı elan olundu. Qeyd edək ki, bundan əvvəl aeroportun ayın 10-da açılacağı bildirilmişdi.
5135 nəfər göz altında
Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, dünənə qədər ölkənin müxtəlif yerlərində 5 135 nəfər göz altına alınıb. Xatırladaq ki, bir əvvəlki gün bu rəqəm 4 minə yaxın idi. Bu hesabla təkcə dünən 1140 nəfər civarında insan saxlanılıb. Saxlanılanların əksəriyyəti terrorçuluqda şübhəli bilinir. Qazaxıstan cinayət hüququna əsasən, bu insanları ömürlük həbs cəzası gözləyir. Təsəvvür edin ki, Almatının kəndlərindən birində göz altına alınanların sayı 100 nəfəri keçmişdi. Belə çıxır ki, bütün kəndin hər ailəsindən ən azı bir nəfər göz altındadır.
Terrorçuluq şübhəsi ilə bundan sonra da 10 minlərlə insanın həbs olunacağı gözlənilir. Belə ki, bir neçə gün əvvəl Qazaxıstan xunta rejiminin başçısı Qasım Cömərd Tokayev təkcə Almatıda 20 mindən çox terrorçunun olduğunu bəyan etmişdi. Prezidentin bu iddiasını Qazaxıstan Daxili İşlər naziri də təsdiqləyib. Nazir dünən yaydığı məlumatda bildirib ki, yanvarın 5-də eyni vaxtda Almatıya 20 min insan gəlib. “Gələn insanlar yaxşı silahlanmış və təşkilatlanmışdılar”, - deyə nazir bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar