Xəbər lenti
Bu gün, 10:33
Bu gün, 09:27
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
21-12-2024, 17:21
Sabah Türkiyə ilə Ermənistan arasında danışıqların ilk raundu keçiriləcək.
Ovqat.com-un məlumatına görə, danışıqların Moskvada baş tutacağı gözlənilir.
Danışıqlarda Türkiyəni təcrübəli diplomat Serdar Kılıç, Ermənistanı isə ölkə parlamentinin vitse-spikeri Ruben Rubinyan təmsil edəcək.
Ermənistan danışıqların ilkin şərtlər irəli sürülmədən başlamasını tələb etsə də, verilən məlumatlarda Türkiyənin bu təkliflə razılaşmadığı, özünü olmazsa olmazlarını İrəvana göndərdiyi vurğulanır. İddialara görə, Ankaranın ilkin şərtləri bunlardır: Zəngilan dəhlizinin açılması, ermənilərin soyqırımı ilə bağlı tələblərdən imtina etməsi, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsi, Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünün tanınması və s. Ermənilərin isə heç bir ilkin şərtləri yoxdur və bu da başadüşüləndir. Belə ki, nə Azərbaycan, nə də Türkiyə Ermənistanın ərazisinə iddia etmir və sülhpərvər mövqe nümayiş etdirir. Ermənilər də regionda sülhün yaranmasını istəyirsə, əlbəttə ki, ilk növbədə öz xəyali iddialarından geri çəkilməlidirlər. Əks halda, ərazisinə iddia etdiyin ölkə ilə hansı sülh və əməkdaşlıq imkanlarından danışmaq olar?
Məlum olduğu kimi, Rusiya da əvvəl ermənilərin “ilkin şərt olmadan danışıqlar” ideyasını dəstəkləsə də, görünən budur ki, sözügedən iddiaları dəstəkləmək Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq mənasına gəldiyindən Moskva bu absurd mövqedən geri çəkilib. Ermənistan da danışıqlara gedirsə, məntiqlə belə çıxır ki, o da Ankara ilə razılaşıb, amma bunu açıq şəkildə dilə gətirmək istəmir. Çünki revanşıst hisslərlə və antitürk duyğularla yaşayan erməni xalqına əsl həqiqətləri açıqlaya bilmir.
Sabahdan etibarən başlayacaq danışıqların 3 mərhələdə davam etdirilməsi planlaşdırılır. İlkin mərhələdə tərəflərin hava əlaqəsinin bərpasına icazə verməsi nəzərdə tutulur. Hava nəqliyyat yolunun açılması mart ayından gec olmayaraq baş verməlidir.
İkinci mərhələdə Zəngəzur dəhlizi ilə nəqliyyat əlaqəsinin işə salınması gözlənilir.
Nəhayət, üçüncü mərhələdə-yayın sonunda tərəflər arasındakı iqtisadi əlaqələrin reallaşması planlaşdırılır. Ankara yuxarıdakı ardıcıllıq şəraitində diplomatik münasibətlərin qurulması istiqamətində konkret addımlar atmağa hazır olduğunu açıqlayıb.
Əslində ilk mərhələnin artıq başladığı da gözdən yayınmır. Məlumata görə, yanvarın 10-da Ermənistan Mülki Aviasiya Komitəsi "Flyone Armenia" və "Pegasus Airlines" aviaşirkətlərinə Yerevan-İstanbul-Yerevan marşrutu üzrə qeyri-müntəzəm reyslərin yerinə yetirilməsinə icazə verib. Ekspertlərin qiymətləndirməsinə görə, bu reysə böyük tələbat yoxdur və çox güman ki, aviaşirkətlər ziyanla işləyəcəklər. Lakin Moskva görüş ərəfəsində İrəvanın bu “fədakarlığı” danışıqlara hazır olduğunu nümayiş etdirmək məqsədi daşıyır.
Türkiyə ilə Ermənistan arasında münasibətləri normallaşdırma yolunda sabahkı danışıqlar əslində ilk belə təşəbbüs deyil. 2009-cu ildə də tərəflər ATƏT-in vasitəçiliyi ilə İsveçrənin Sürix şəhərində bir araya gəlmiş və iki dövlət arasındakı münasibətləri tənzimləmək barədə protokol imzalamışdılar. Baxmayaraq ki, İrəvan o zaman da bu məsələyə xeyli tərəddüdlü yanaşır, sənədləri imzalamaq istəmirdi. Vasitəçilərin təzyiqi ilə sonunda Ermənistan Sürix protokoluna imzaladı, amma onu ölkə parlamentində ratifikasiya etmək mümkün olmadı. Odur ki, bəzi ekspertlər bu dəfəki danışıqlara da şübhə ilə yanaşırlar.
Bununla belə, Ermənistanın hazırkı rəhbərliyinin danışıqların baş tutması üçün əlindən gələni etməyə çalışdığı ortadadır. Paşinyan üçün yeganə problem bu dəfəki danışıqların kimin vasitəsilə keçirilməsidir. Ermənistan Baş naziri canını Rusiyanın əlindən qurtarmaq üçün danışıqlara Qərb ölkələrinin vasitəçilik etməsini istəyir. Onun bu barədə təklifi Gürcüstan vasitəsilə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğana çatdırması da sözügedən istəyindən qaynaqlanırdı. Türkiyə isə arada nə qədər az vasitəçi olarsa, danışıqların o qədər tez nəticə verəcəyinə inanır. 2009-cu ildə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə imzalanan Sürix protokolunun uğursuzluğu da əslində Ankaranın mövqeyini təsdiqləyir. Ankara hətta heç bir vasitəçi olmadan danışıqların baş-başa keçirilməsindən yanadır. Buna da ermənilər qorxu ilə yanaşırlar.
Paşinyanın Gürcüstanı vasitəçi kimi tutması və Rusiyanı oyundankənar vəziyyətə salmağa çalışması Kremlin acığına getsə də, Ermənistan lideri sonunda Rusiyanın himayəsinə sığınmağa məcbur oldu. Görüşün Moskvada keçirilməsi məhz İrəvanın təşəbbüsüdür. Ankara danışıqlarda 3-cü tərəfin iştirakını qəbul etməsə də və Kreml bununla razılaşsa da, hər halda ikitərəfli görüşün keçiriləcəyi Moskva havasının dialoqa təsirsiz ötüşməyəcəyi də bəllidir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar