Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Erməni politoloq Suren Sərkisyan Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişin ilkin ssenarisi barədə danışıb.
Hit.az xəbər verir ki, onun iddiasına görə, əgər İrəvan Bakı ilə anlaşarsa, bu, Ermənistanın bir çox tələblərdən imtinasına gətirib çıxaracaq.
O qeyd edib ki, ilkin ssenariyə əsasən Azərbaycanla bağlanacaq sazişdə aşağıdakılar yer alacaq:
- Azərbaycanın ərazi bütövlüyünün tanınması;
- Azərbaycana hər hansı bir ərazi iddiası irəli sürülməsindən imtina olunması;
- Diplomatik əlaqələrin bərpa edilməsi və sərhədlərin açılması;
- Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsinə start verilməsi - Bu zaman Ermənistanın ərazilərini nbir hissəsi Azərbaycana veriləcək.
O, Ermənistanın ordu saxlamayacağı barədə öhdəlik götürəcəyini istisna etmir. Yalnız müəyyən sayda hərbi polis saxlayacaq. Necə ki, İkinci Dünya müharibəsindən sonra Yaponiya da belə bir addım atmışdı.
Türkiyə ilə bağlanacaq sazişə gəldikdə isə Suren Sərkisyan daha 5 bəndin yer alacağını qeyd edib:
- Soyqırımın tanınmasından imtina ediləcək, Türkiyənin ərazi bütövlüyü tanınanacaq, ərazi iddialarından imtina ediləcək;
- Ermənistanın Müstəqillik Aktında dəyişiklik ediləcək və gerbdən Ağrı dağının fotosu çıxarılacaq;
- Sərhədlər açılacaq və diplomatik əlaqələr qurulacaq;
- Türkiyə ilə Azərbaycanı birləşdirəcək dəhlizin açılmasına güzəştə gediləcək;
- Həmin sənədə “Ermənistana hər hansı bir üçüncü ölkə hücum edərsə, bu, Türkiyə və Azərbaycanın da təhlükəsizliyinin təhdid edilməsi sayılacaq” cümləsi də yer alacaq.
Onun sözlərinə görə, bütün bunların qarşılığında Ermənistana Azərbaycan və Türkiyə böyük həcmdə investisiya qoyacaqlar:
“Ermənistan hökuməti hesab edir ki, bu investisiyalar olduqca böyük rəqəmlərlə ölçüləcək. Əslində isə bu, Gürcüstanda olduğu kimi, Ermənistanı da iqtisadi cəhətdən işğal etməkdən başqa bir şey deyil.
Bir daha deyirəm ki, bütün bu ssenarilərin reallaşıb-reallaşmaması Qərblə Şərq arasında Cənubi Qafqaz və Qara dəniz regionunda gedən qlobal rəqabətin səviyyəsindən asılı olacaq”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar