Xəbər lenti

"Ötən il Gürcüstan və Azərbaycan arasında "İpək yolu" birgə gömrük-buraxılış məntəqəsinin yaradılmasını nəzərdə tutan saziş imzalanıb".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Beynəlxalq Gömrük Gününə həsr olunan tədbirdə çıxışında deyib.

O, tərəfdaş təşkilatları bu layihənin həyata keçirilməsini dəstəkləməyə çağırıb.

Nazir, həmçinin qeyd edib ki, 2021-ci ildə Gürcüstan, Türkiyə və Azərbaycan arasında gömrük sahəsində yeni üçtərəfli əməkdaşlıq formatının əsası qoyulub.

L.Xutsişvili gömrük sahəsində ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb.



Ana səhifəyə qayıt        Baxış: 2 123          Tarix: 26-01-2022, 23:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma