Xəbər lenti

 
Dünən Moskva polisi nasist cinayətkar Qaregin Njde (Qaregin Ter-Arutyunyan) haqqında filmin nümayiş etdirildiyi kino zalına daxil olub və onun nümayişini dayandırıblar.
 
Ovqat.com xəbər verir ki, rusiyalı politoloq, Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru Sergey Markov öz facebook səhifəsində bu məlumatı paylaşıb.
 
Yanvarın 28-də Moskvada polis nasizmi reabilitasiya etmək cəhdini dayandırdı. Rusiyanın düz ürəyində nasist cinayətkarlarını vəsf edən filmin nümayişinə cəhd edilib. Amma filmin ortasında zala daxil olan polis nümayişi dayandırıb. Nasizmin tərənnüm edilməsinin qarşısının alınması ilə bağlı qanunun pozulması ilə haqqında prokurorluğun qərarını oxudum. Və nümayiş dayandırıldı. Film nasist cinayətkarı Qaregin Njdeyə həsr olunmuşdu”, – Markov Facebook statusunda qeyd edib.
 
Politoloq vurğulayıb ki, Rusiya Erməniləri İttifaqı Njdeni vəsf edən filmi yenidən nümayiş etdirməyə çalışıb. “Onlar artıq Rusiyada - Armavirdə nasist cinayətkarı Njdenin şərəfinə xatirə lövhəsi açmağa cəhd ediblər. Onun günahı dəfələrlə sübuta yetirilib. Rusiya Müdafiə Nazirliyi və Rusiya Federasiyası Xarici İşlər Nazirliyi dəfələrlə Njdenin diversantlar hazırladığını, onları təxribat və terror aktları törətmək üçün ordumuzun arxasına göndərdiyini təsdiqləyən sənədlər dərc edib. Ana terrorist. Xatirə lövhəsi ləğv edilib”, - deyə o vurğulayıb.


 
Markov bildirib ki, Rusiya Ermənistanda nasist cinayətkarı Njdenin şərəfinə qoyulmuş bütün abidələrin sökülməsini tələb edir: “Orada təəssüf ki, belə abidələrin sayı çoxdur. Bu qatı terrorçunun təriflənməsinə son qoyulmalıdır”.
 
Bəs ermənilərin dayanmadan təbliğ etdikləri, şərəfinə heykəllər ucaltmağa çalışdıqları bu terrorçubaşı kimdir?
 
Qareqin Njde 1 yanvar 1886-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasında anadan olub. 1902-ci ildə Peterburq universitetinin hüquq fakültəsinə daxil olur, 1904-cü ildə təhsilini yarımçıq qoyub, erməni millətçilərinə qoşulur. İrana köçərək daşnakların orada təşkil etdiyi hərbi məktəbdə təhsil alır, sonra Sofiyadakı zabit məktəbinə daxil olur. Məktəbi bitirdikdən sonra Murad Sebastasinin başçılıq etdiyi erməni silahlı dəstələrindən birinə qoşulur. Həmin vaxtda Qareqin Daşnaksütuna üzv olur və Njde ləqəbini alır.  
 
I Balkan müharibəsində Osmanlı imperiyasına qarşı döyüşlərdə iştirak edir, 272 nəfərlik könüllü erməni dəstəsinə başçılıq edir.
 
Birinci dünya müharibəsi başlayanda Rusiya imperiyasının Sofiyadakı səfirliyinə gələn Qareqin Njde öz xidmətlərini təklif edir. Drastamat Kanayanın başçılıq etdiyi erməni könüllü dəstəsinin komandir müavini təyin olunur. 1915-ci ilin mayında 3-cü dərəcəli Müqəddəs Vladimir, 4-cü dərəcəli Müqəddəs Anna ordenləri ilə, həmin ilin iyulunda isə 2-ci və 3-cü dərəcəli Georgi xaçı ilə təltif olunur.


 
Daşnakların Türkiyəyə qarşı vuruşan dəstələrindən birinə rəhbərlik edən Njde Ermənistan respublikasının ordu quruculuğu məsələləri ilə də məşğul olur. 1919-cu ilin sentyabrında, daşnak hökuməti tərəfindən Zəngəzura göndərilir, onun vəzifəsi bu əraziləri azərbaycanlılardan təmizləmək idi. Njdenin rəhbərlik etdiyi silahlı dəstələr, burada yaşayan azərbaycanlı əhalinin kütləvi qətli ilə məşğul olur, Njdenin bilavasitə rəhbərliyi və göstərişi ilə azərbayacanlılar yaşayan kəndlər yandırılır, əhalisi qətlə yetirilir və öz evlərindən qovulur. Bir sözlə, Zəngəzurun erməniləşdirilməsində mühüm rol oynayır.
 
 
Njde həmçinin Vedibasarda və Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir. Njdenin dəstələri 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının ordusu ilə döyüşlərdə iştirak edir. Ən gərgin döyüşlər 1920-ci ilin mart ayında gedir. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Njde sovet ordusunun hərbi birləşmələri ilə də döyüşlər aparır. 1920-ci ilin sentyabrında sovet ordusunun hissələri Qafanı tutur, Njde öz dəstələri ilə Mehri tərəfə çəkilir.  25 dekabr 1920-ci ildə Njde və silahdaşları Zəngəzurda "Dağlıq Erməni Respublikası"nın yaradılmasını elan edirlər. 1921-ci ilin fevralında Ermənistanda kommunistlərə qarşı yönəlmiş üsyan, Qırmızı Ordunun əsas qüvvələrini İrəvan üzərinə göndərməyə vadar edir. Bütün bu zaman ərzində silahlı erməni dəstələri Qarabağ və Naxçıvanda yaşayan azərbaycanlı əhalinin kütləvi qətllərini törədir. Həmin il iyulun ilk günlərində hücuma keçən sovet qoşunları, erməni dəstələrini darmadağın edir və Ndje öz dəstələrinin qalıqları ilə İrana qaçır.
 
1933-cü ilin yayında ABŞ-a köçür, 1937-ci ildə Daşnaksütunun sıralarından ayrılır. Faşist Almaniyası ilə əlaqələr yaradır, Rozenberqlə görüşür, onları Türkiyəyə hücum etməyə çağırır və öz köməyini təklif edir.


 
1942-ci ildə general Dro ilə (Drastamat Kanayan) birlikdə Vermaxt nəznində erməni hərbi birləşmələrinin formalaşdırılmasında iştirak edir.
 
15 dekabr 1942-ci ildə Njde almanların yaratdığı "Erməni milli şurası"nın 7 üzvündən biri və "Azad Ermənistan" qəzetinin redaktor müavini olur. Dro və Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri, Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə iştirak edir.
 
Sovet ordusu Bolqarıstana girəndə Njde, müharibənin sonunun yaxınlaşdığını görüb özünə yeni müttəfiqlər axtarır və sovet generalı Tobluxinə məktubla müraciət edir. Məktubunda o, özünə bəraət qazanmaq məqsədilə nasistlərlə yalnız onların Türkiyəyə müharibə elan edəcəyinə inandığı üçün əməkdaşlıq etdiyini iddia edir və Sovet İttifaqının Türkiyəyə müharibə elan etməsinin zəruri olduğunu bildirir, özünün isə bu işdə SSRİ ordusuna istənilən yardımı edəcəyinə söz verir. Lakin sovet hərbi əks-kəşfiyyatı onu həbs edərək Moskvaya göndərir. Bir müddət Dövlət Təhlükəsizlik Nazirliyinin həbsxanasında qaldıqdan sonra Njde İrəvana göndərilir. Məhkəmə zamanı Qareqin Njde antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinir və 25 illik həbs cəzasına məhkum olunur. Njde 21 dekabr 1955-ci ildə Vladimir şəhərində həbsxanada ölür.






Ana səhifəyə qayıt        Baxış: 5 742          Tarix: 29-01-2022, 07:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma