Xəbər lenti

Ermənistan Prezidenti Armen Sarkisyan bir həftə ərzində istefasını geri götürməyib. Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Onun istefa ərizəsi artıq qüvvəyə minib. Ölkənin “Parlamentin reqlamenti haqqında” qanuna əsasən, prezidentin istefası yeddi gün ərzində ərizəsini geri götürmədiyi təqdirdə qüvvəyə minir.

Qeyd edək ki, Armen Sarkisyan yanvarın 23-də istefa verib. O, qeyd edib ki, istefasına səbəb ölkənin daxili və xarici siyasətinə təsir rıçaqlarının olmaması ilə əlaqədardır: “Ölkə formaca prezident respublikasıdır, amma məzmunca yox”.

Xatırladaq ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib. Onun bu vəzifəyə namizədliyi həmin dövrdə dövlət başçısı olmuş Serş Sarqsyan tərəfindən irəli sürülmüşdü.



Ana səhifəyə qayıt        Baxış: 2 777          Tarix: 1-02-2022, 09:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma