Xəbər lenti


Qazaxıstandakı iğtişaşların təşkilində ittiham olunan "Vəhşi Arman" ləqəbi ilə tanınan Arman Cümagəldiyev istintaq təcridxanasından yoxa çıxıb. Onun harda olması barədə nə vəkilləri, nə də istintaq komissiyası heç bir məlumata malik deyillər. 
 
Vəkillərinin bildirdiyinə görə, Arman Cümagəldiyev “qeybə çəkilməmişdən” bir gün əvvəl istintaqla əməkdaşlığa razılıq vermişdi. Onun məhz bu razılıqdan sonra yoxa çıxması bir çox şübhəli ehtimallara yol açır. Vəkilləri onun öldürülə biləcəyindən narahatdırlar. Onlar mediaya verdikləri açıqlamalarında Cüməgəldiyevin intihar haqqında düşünmədiyini və intihara heç vaxt yaxşı baxmadıqlarını xüsusi vurğulayıblar. Görünən budur ki, Cüməgəldiyevin öldürülüb sonra bunu “intihar” kimi təqdim olunmasından çəkinilir.
 
Cüməgəldiyev Qazaxıstanın ən nüfuzlu kriminal avtoritet kimliyi ilə yanaşı, həm də milli məfkurəyə bağlılığı ilə tanınırdı. Onun öz “kabinet”ində boz qurd işarəsi ilə tərəfdaşlarını salamlayarkən çəkdirdiyi fotosu da bundan xəbər verir.

Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 462          Tarix: 2-02-2022, 08:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma