Xəbər lenti
 
 
Tel-əviv Baltikyanı ölkələrə - Litva, Latviya və Estoniyaya İsrail silahlarının Ukraynaya verilməsini qadağan edib. 
 
Ovqat.com-un məlumatına görə, “Breaking Defence” nəşri öz mənbələrinə istinadən bu xəbəri yayıb.
 
Nəşr iddia edir ki, Tel-əviv bu barədə təlimatı 2021-ci ilin dekabrında Rusiya qoşunlarının Ukrayna sərhədinə toplandığı zaman verib. 
 

 
Bildirilir ki, bu “profilaktik tədbirlər” İsrailin “Rusiya ilə münasibətlərini balanslaşdırmaq” istəməsindən irəli gəlir.
 
ABŞ kimi İsraildə də bu ölkənin istehsalı olan silahların istifadəçiləri üçün ciddi məhdudiyyətlər var. Əsas məhdudiyyətlərdən biri də alıcı tərəfin istehsalçı ölkənin razılığı olmadan üçüncü tərəfə silah göndərmək qadağasıdır.


 
Bildirilir ki, İsrailin Ukraynaya silah ötürülməsini qadağan etməsi “Ukraynanın İsrail və Almaniya şirkətlərinin birgə istehsalı olan “Spike” tank əleyhinə silahları almağa çalışacağı ehtimalından qaynaqlanıb.
 
İsrail Müdafiə Nazirliyi məlumatı şərh etməkdən imtina edib. Lakin bir israilli hərbi ekspert nəşrə bildirib ki, İsrail Rusiya ilə münasibətlərini korlamaq istəmədiyindən bu addımı ata bilər.
 
Eyni zamanda, Latviya Müdafiə Nazirliyi də iddialarla bağlı açıqlama verərək bildirib: "Latviya Ukraynaya hər hansı İsrail silahı göndərməyi planlaşdırmır, ona görə də bu məlumatı şərh edə bilmərik”. 
 
Litva Müdafiə Nazirliyindən bildiriblər ki, “İsraillə ikitərəfli danışıqlar zamanı İsrail silahlarının Ukraynaya verilməsi məsələsi müzakirə olunmayıb. Estoniya Müdafiə Nazirliyi isə hadisə ilə bağlı heç bir şərh verməyib.
 



Ana səhifəyə qayıt        Baxış: 5 518          Tarix: 6-02-2022, 17:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma